AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka bir foto sayəsində insanın karyera potensialını təyin edir

10.02.2025 / Maraqlı məlumatlar
Qlazqo Universitetinin tədqiqatçıları bir foto əsasında insanın karyera uğurunu qiymətləndirə bilən süni zəka sistemi hazırlayıblar. Alqoritm üz ifadəsi və üz cizgilərini analiz edərək insanın karyera pilləsində nə qədər irəliləyə biləcəyini proqnozlaşdırır. Tədqiqat şəxsiyyətin 5 əsas xüsusiyyətindən ibarət populyar modelə əsaslanır. Açıqfikirlilik, vicdanlıq, ekstraversiya (ünsiyyətcillik), mehribanlıq, nevrotiklik (emosional sabitlik). Bu model insanın yeni təcrübələrə açıqlığını, nizam-intizamını, sosiallığını, empatiya qabiliyyətini və emosional sabitliyini qiymətləndirmək üçün istifadə olunur.
     
Bu parametrlər insanın bilik əldə etməyə nə dərəcədə maraqlı olduğunu, işlərində nə qədər dəqiq və nizamlı olduğunu, sosial aktivliyini, ətrafdakılara qarşı həssaslığını və stressə dözümlülüyünü müəyyən etməyə kömək edir. Araşdırma şəxsiyyət xüsusiyyətləri ilə peşəkar və akademik uğurlar arasında əlaqəni ortaya çıxarıb. Emosional cəhətdən qeyri-sabit insanlar yüksək maaşlı vəzifələrdə daha az təmsil olunurlar.
 
Nizam-intizamın və təşkilatçılıq qabiliyyətinin olmaması aparıcı universitetlərə qəbul şansını azaldır. Bu metod üz təsvirlərini əhatə edən böyük məlumatlar bazası əsasında öyrədilmiş neyron şəbəkələrinə əsaslanır. Bu şəbəkələr insan simasındakı incə nümunələri müəyyən etməyi öyrənir və onları fərqli şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirirlər. Araşdırmalar göstərir ki, həm genetika, həm də erkən həyat təcrübəsi insanın üz quruluşuna və şəxsiyyətinə təsir edir. Bu, müəyyən üz cizgilərinin niyə spesifik xarakter xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini izah edir.
 
Məsələn:
- Əgər şəkilinizdə nevrotikliyə meyilli olduğunuz müəyyən edilərsə, iş üçün müraciət etdiyiniz zaman qəbul olunma ehtimalınız azalır
- Əgər vicdanlıq səviyyəniz aşağıdırsa, universitetə qəbul edilməmək riskiniz var.
     
Şəxsiyyət təhsil müəssisələrinə qəbul zamanı mühüm rol oynaya bilər, çünki universitetlər gələcək karyerada uğur qazana biləcək namizədləri seçməyə və şəxsiyyət baxımından müxtəlifliyə üstünlük verməyə çalışırlar. Ümumilikdə, şəxsiyyət bir çox həyati nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
 
Bundan əlavə, süni zəka tərəfindən "daha arzuolunan" hesab edilən şəxsiyyət xüsusiyyətləri daha yüksək başlanğıc maaşı və zamanla daha sürətli maaş artımı ilə əlaqələndirilir. Maraqlıdır ki, bu şəxsiyyət xüsusiyyətləri işdə uğuru təxmin etmək baxımından irq, cəlbedicilik və təhsil səviyyəsi kimi amillərlə eyni dərəcədə əhəmiyyətli görünür. Bu proqnozlar sadəcə olaraq insanın zəka səviyyəsini ölçmür, çünki qiymətlərlə və test nəticələri ilə güclü əlaqəyə malik deyillər. Süni zəka aşağıdakı amilləri təhlil edir:
- Üz simmetriyası
- Çənə və almacıq quruluşu
- Gözlərin yerləşməsi və ifadəsi.
     
Daha sonra bu üz xüsusiyyətləri "Böyük Beşlik" şəxsiyyət modelinə (açıqfikirlilik, vicdanlıq, ekstraversiya, mehribanlıq, nevrotiklik) uyğunlaşdırılır. Araşdırmalar göstərib ki, vicdanlıq və ekstraversiya kimi xüsusiyyətlər karyera nəticələrini proqnozlaşdırmaqda mühüm rol oynayır. Məsələn, vicdanlıq səviyyəsi yüksək olan insanlar adətən daha yüksək maaş alır və daha yüksək vəzifələr tuturlar. Diqqətəlayiq məqam odur ki, süni zəkanın proqnozları, şəkillər illərlə fərq olsa belə, sabit qalıb.
     
Bu, metodun zamanla nisbətən stabil olduğunu göstərir. Sistem eyni zamanda şəkil keyfiyyətini, işıqlandırmanı və üz ifadəsini nəzərə alaraq daha dəqiq nəticələr əldə etməyə çalışıb. Lakin süni zəka müəyyən nəticələri proqnozlaşdıra bilsə də, bu texnologiyanı işə qəbul və ya təhsildə sürətlə tətbiq etmək düzgün olmazdı.
     
Yel Menecment Məktəbinin professoru Kelly Shue, insan xarakterinin peşəkar inkişafda mühüm rol oynadığını vurğulayır. Onun fikrincə, şəxsiyyət xüsusiyyətlərini bilmək gələcək karyera uğurlarını yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Lakin o, bu cür süni zəka sistemlərinin etik nəticələri barədə xəbərdarlıq edir. Süni zəkanın üz analizindən istifadə edərək şirkətlər və universitetlər tərəfindən seçim prosesində tətbiqi, namizədlərin qiymətləndirilməsində diskriminasiyaya səbəb ola bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi