AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Türk dövlətlərinin Ali Təhsil Fondu yaradılacaq

11.02.2025 / Maraqlı məlumatlar

Türkiyənin “2024-2028-ci illər üzrə Ali Təhsildə Beynəlmiləlləşmə Strategiya Sənədi” açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, sənədi strateji hədəf kimi qiymətləndirən Ali Təhsil Şurasının sədri Erol Özvar bununla türk ali təhsilinin regional və qlobal səviyyədə akademik, tələbə və idarəetmə sahəsində mobillik və qarşılıqlı əlaqə mərkəzi olmasına çalışdıqlarını açıqlayıb. Sənədin əsas məqamlarına diqqət çəkən E.Özvar qeyd edib ki, dünyanın bütün bölgələrində olan türk alimlərinin reyestri yaradılacaq. Bu reyesterlə "Elmi Vətən" yaradılacaq. Elm bütün dünyada türk alimlərinin elmi-tədqiqatları ilə vətənin sərhədlərini müəyyən edəcək. Türk alimləri arasında əlaqələri gücləndirməklə böyük güc formalaşacaq. E.Özvar aşağıdakı məqamları diqqətə çatdırıb: 

* Universitetlərimizin xaricdə kampuslar, fakültələr və proqramlar kimi akademik bölmələr açmaları təşviq olunacaq. Bu məqsədlə Azərbaycan və Özbəkistandan sonra Türkiyə universitetlərinin Balkanlarda, Yaxın Şərqdə, Mərkəzi Asiyada və Afrikada kampusları açılacaq. 
* Yüksək texnologiya, mühəndislik, tibb və təbiət elmləri kimi strateji sahələrdə ixtisaslaşmış beynəlxalq məzunlar Türkiyə universitetlərinə və sənaye sahələrinə cəlb olunacaq.
* Beynəlxalq miqyasda nüfuzlu alimlərin qısa və uzun müddət Türkiyə universitetlərində çalışması üçün lazımi qaydalar və təşviqlər genişləndiriləcək.
* Türk dünyasının ali təhsil sahəsi möhkəmləndiriləcək.

Türk Dünyası Ali Təhsil Sahəsi gücləndiriləcək

Ali Təhsil Şurasının sədri əlavə edib ki, “Türkiyədə əcnəbi tələbələrin sayı 500 mini keçəcək, ölkəmizdə beynəlxalq tələbələrin qlobal payı 6,25%-ə çatdırılacaq. Akademiklər xaricdəki tədqiqat təqaüd proqramları vasitəsilə doktorantura və postdoktorantura dərəcələri üçün xaricdəki seçilmiş universitetlərdə və tədqiqat mərkəzlərində işləməyə təşviq ediləcəklər. Beynəlxalq tələbələrin ölkəmizə gəlməsində rol oynayan təhsil və konsaltinq şirkətləri üçün hüquqi, inzibati və akkreditasiya tənzimləmələri aparılacaq.

Türkiyə dünyada ən çox beynəlxalq tələbə qəbul edən 8-ci ölkədir  

Avropa Ali Təhsil Bölgəsində ən çox tələbəyə malik ölkə olan Türkiyə, eyni zamanda 350 min beynəlxalq tələbə ilə dünyanın ən çox beynəlxalq tələbəsi olan 8-ci ölkəsidir. Türkiyədəki beynəlxalq tələbələrin ümumi tələbə sayındakı payı 7,49% təşkil edir ki, bu da OECD orta göstəricisi olan 6,62 faizdən çoxdur. İxtisaslı beynəlxalq tələbələri ali təhsil sisteminə cəlb etmək üçün beynəlxalq tələbələrin universitetlərə qəbulunda “YÖS”ün beynəlxalq səviyyədə tanınan bir imtahan olması hədəflənir. 
Strategiya sənədində beynəlxalq məzunların Türkiyənin Ar-Ge (inkişaf və tədqiqatlar) ekosisteminə verdiyi töhfənin Türkiyənin beynəlxalq nüfuzunu və qlobal əmək bazarında rəqabət qabiliyyətini artıracağı vurğulanır.

Beynəlxalq professor-müəllim nisbəti 5 faizə qaldırılacaq

Ümumi professor-müəllim heyətinin 1,57 faizini təşkil edən beynəlxalq professor-müəllim heyətinin nisbətinin 5 faizə çatdırılması nəzərdə tutulur. Sənəddəki məqsədlərə uyğun olaraq, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyəti mübadiləsi təşviq ediləcək, bütün dünyada mobilliyin müxtəlifliyini, sayını və keyfiyyətini artırmaq üçün siyasətlər hazırlanacaq.
Beynəlxalq əməkdaşlıq müqavilələri, birgə təhsil-tədris proqramları, birgə həyata keçirilən layihələr və elmi fəaliyyətlərlə bağlı siyasətlər müəyyən edilərək universitetlər bu sahələrdə təşviq olunacaq. 

Tədqiqat universitetlərinin dünya reytinqlərində yüksəlməsinə dəstək davam edəcək

Türkiyə ali təhsil müəssisələrinin dünya reytinqlərində yüksəlməsini təmin etmək üçün tədqiqat sahəsində ən çox potensiala malik tədqiqat universitetlərinə xüsusi proqram çərçivəsində dəstək davam etdiriləcək.

Türk Universitetlər Birliyi akademik dünyada brendə çevriləcək

Bu çərçivədə türk dünyasında ali təhsil sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək veriləcək. Türk Dünyası Ali Təhsil Məlumat Bazası, Türk Dünyası Ali Təhsildə Keyfiyyət Təminatı və Akkreditasiyası Agentliyi, Türk Dövlətləri Təşkilatının Ali Təhsil Fondu yaradılacaq. Türk Universitetlər Birliyinin akademik dünyada brend olması üçün bu birliyə daxil olan universitetlərə dəstək veriləcək.
Xüsusilə, digər ölkələrin müəllimlərinin tələbatını ödəmək üçün magistratura və doktorantura səviyyəsində xarici dildə təhsil proqramlarının sayı və keyfiyyəti artırılacaq.

E.Özvar bildirib ki, sənəd Türkiyəni ali təhsildə beynəlxalq cazibə mərkəzinə çevirmək vizyonuna uyğun olaraq hazırlanıb.

muallim.edu.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi