AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT daha öncə düşünüldüyü qədər çox enerji sərf etmir

14.02.2025 / Maraqlı məlumatlar
Əvvəlki hesablamalara görə, ChatGPT bir sorğuya cavab vermək üçün təxminən 3 vat-saat enerji sərf edir. Bu isə Google axtarışından istifadə zamanı tələb olunan orta enerji miqdarından 10 dəfə çoxdur. Lakin süni zəkanın inkişaf trayektoriyasını və idarəetmə məsələlərini araşdıran Epoch AI tədqiqat institutu bu statistik məlumatı təkzib edib və bildirib ki, OpenAI-nin çat-botunun enerji sərfiyyatı əvvəlki hesablamalardan xeyli azdır. Epoch AI-nin hesabatına əsasən, GPT-4o modeli əsasında çalışan ChatGPT bir cavab yaratmaq üçün cəmi 0.3 vat-saat enerji sərf edir.
     
TechCrunch portalına müsahibəsində Epoch AI-nin data-analitiki Joshua You bildirib: "Əslində, enerji sərfiyyatı adi məişət cihazlarının istifadəsi, evin isitmə və ya soyudulması və ya avtomobilin çalışması ilə müqayisədə o qədər də yüksək deyil”. Ekspertin sözlərinə görə, ChatGPT-nin əvvəlki enerji sərfiyyatı qiymətləndirmələri köhnəlmiş məlumatlara əsaslanırdı. Mütəxəssis qeyd edib ki, ChatGPT-nin enerji sərfiyyatı ilə bağlı ümumi hesablamalar OpenAI-nin köhnə və qeyri-effektiv çiplərdən istifadə etdiyini fərz edən yanaşmaya əsaslanırdı. "Bundan əlavə, bəzi həmkarlarım qeyd ediblər ki, ən geniş yayılmış 3 vat-saatlıq enerji sərfiyyatı qiymətləndirməsi olduqca köhnə araşdırmalara əsaslanırdı. Təxminən aparılan hesablamalara baxsaq, bu rəqəmin həddən artıq şişirdildiyi görünür" - deyə You əlavə edib.
     
Bununla belə, Epoch AI-nin ChatGPT-nin enerji sərfiyyatı ilə bağlı qiymətləndirməsini mütləq həqiqət kimi qəbul etmək olmaz, çünki bu hesablamalar çat-botun şəkil generasiyası kimi bəzi əsas süni zəka imkanlarını nəzərə almır. Ekspertin sözlərinə görə, ChatGPT-nin enerji sərfiyyatında yaxın zamanda artım gözlənilmir, lakin süni zəka modelləri inkişaf etdikcə onların çalışması üçün daha çox enerji tələb olunacaq. Aparıcı süni zəka şirkətləri, o cümlədən OpenAI, sadəcə suallara cavab verməklə kifayətlənməyən, eyni zamanda cavabın əldə olunma prosesini izah edən "məntiq yürüdən" süni zəka modellərini inkişaf etdirməyə üstünlük verirlər. Bu isə daha yüksək enerji sərfiyyatı tələb edəcək.
     
Son illərin bir çox hesabatları göstərir ki, Microsoft Copilot və ChatGPT kimi texnologiyalar bir sorğuya cavab tərtib edərkən soyutma üçün bir şüşə su həcmində resurs sərf edirlər. Bu nəticələr, Microsoft və Google-un ümumi enerji sərfiyyatının dünyanın 100-dən çox ölkəsinin elektrik sərfiyyatından artıq olduğunu bildirən əvvəlki hesabatların davamıdır. Ən son araşdırmalardan birində detallı şəkildə göstərilirdi ki, OpenAI-nin GPT-3 modeli əvvəlki hesablamalardan dörd dəfə çox su sərf edir, GPT-4 isə cəmi 100 ədəd söz tərtib etmək üçün 3 şüşəyə qədər su istehlak edir. Aydın olur ki, süni zəka modelləri inkişaf etdikcə daha çox resurs tələb edir. Lakin son araşdırmalar göstərir ki, ChatGPT əvvəlki təsəvvürlər qədər yüksək enerji və su sərf etməyə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi