AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta dünyanın ən uzun sualtı internet kabelini quraşdıracaq

18.02.2025 / Maraqlı məlumatlar
Meta şirkəti Project Waterworth adlı irimiqyaslı layihə üzərində işə başladığını rəsmi şəkildə elan edib. Bu layihə çərçivəsində 50 000 kilometr uzunluğunda sualtı kabel çəkiləcək. Rəqəmsal avtomagistral bütün dünyada yüksək sürətli əlaqəni təmin edəcək və Facebook, Instagram və WhatsApp istifadəçiləri üçün etibarlı bağlantı yaradacaq. Bu, dünyada ən uzun kabel olacaq və şirkətə 10 milyard dollardan çox məbləğə başa gələcək. Şəbəkə ABŞ, Braziliya, Hindistan və Cənubi Afrika da daxil olmaqla beş qitəni birləşdirəcək. Məlumata əsasən bu kontekstdə layihənin xüsusilə Hindistan üçün əhəmiyyəti vurğulanır, çünki bu, süni zəka texnologiyalarının inkişafına töhfə verəcək və daha stabil, miqyaslana bilən bağlantı təmin edəcək.
Bu, gələcək rəqəmsal xidmətlər üçün olduqca vacibdir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə 24 fiberoptik kabel cütlüyündən ibarət yeni arxitekturadan və innovativ kabel çəkilişi metodlarından istifadə edir. Meta rəsmiləri qeyd ediblər ki, "biz dərin sular zonasında, 7000 metr dərinliyə qədər çəkilən kabelin uzunluğunu maksimuma çatdırırıq və coğrafi və siyasi amillər səbəbindən yaranan zədələnmə ehtimalını azaltmaq üçün yüksək riskli ərazilərdə yeni döşəmə üsullarını tətbiq edirik”. Meta-nın öz sualtı infrastrukturunu inşa etmək qərarında geosiyasət mühüm rol oynayıb.
Bununla əlaqədar olaraq, ABŞ və Hindistan liderlərinin birgə bəyanatında - bu günlərdə Ağ Ev tərəfindən yayımlanan sənəddə - müdafiə tərəfdaşlığı çərçivəsində sualtı texnologiyaların inkişafında əməkdaşlığa sadiqlik vurğulanıb. Həmçinin, Meta-nın Project Waterworth layihəsi və Hindistanın onun maliyyələşdirilməsində iştirakı qeyd olunub. Meta vurğulayır ki, bu layihə qlobal rəqəmsal infrastrukturu gücləndirəcək. "Rəqəmsal əlaqə, video xidmətlər və online tranzaksiyalar - Project Waterworth-un dəstək verəcəyi sahələrdən yalnız bəziləridir" - deyə Meta-nın mühəndislik üzrə vitse-prezidenti Gaya Nagarajan və qlobal şəbəkə investisiyaları rəhbəri Alex-Handrah Aime bildiriblər.
Onların sözlərinə görə, kabel süni zəkanın qlobal miqyasda inkişafını təmin edəcək yüksək ötürmə qabiliyyətinə malik 3 yeni okean marşrutu yaradacaq. Qeyd etmək lazımdır ki, bu, Meta-nın ilk belə layihəsi deyil. Şirkət artıq 2Africa kimi genişmiqyaslı layihə də daxil olmaqla, 16 şəbəkənin həmtəsisçisidir. Bu şəbəkə bütün Afrika qitəsini əhatə edir. Lakin Project Waterworth Meta-nın tamamilə özünə məxsus olan ilk sualtı kabeli olacaq. Beləliklə, şirkət öz sualtı infrastrukturunu quran Google-a qoşulacaq. Bu, Amazon və Microsoft-dan fərqlidir, çünki onlar hələlik yalnız mövcud şəbəkələrdə güc resurslarını icarəyə götürməklə kifayətlənirlər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi