AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kütləvi Xidmət-Ehtiyatlanma Sistemlərinin anbarlarında katastrofların qarşısının alınması üçün riyazi modellər kompleksi qurulmuşdur

20.02.2025 / Mühüm xəbərlər

2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov və elmi işçi Ləman Poladova tərəfindən “Kütləvi Xidmət-Ehtiyatlanma Sistemlərinin anbarlarında katastrofların baş verməsinin mümkünlüyü nəzərə alınmaqla ehtiyatların artırılması üçün onların keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün riyazi modellər kompleksinin qurulması”nda alınmış nəticələr olmuşdur.

 

Kütləvi xidmət-ehtiyatlanma sistemləri (KXES) dedikdə elə xidmət sistemləri nəzərdə tutulur ki, burada daxil olan sifarişlərə xidmət etmək üçün boş serverdən başqa, həm də müəyyən resursların (ehtiyatların) olması tələb olunur. Belə ki, xidmətin sonunda daxil olan sifariş müəyyən ehtiyatlar alaraq sistemi tərk edir. Bu tip sistemlərə real həyatda tez-tez rast gəlinir. Bütün maddi resurslarla təchizat sistemləri, logistik şəbəkələr, insan orqanlarının transplantasiya sistemləri, ticarət sistemləri və s. kütləvi xidmət-ehtiyatlanma sistemlərinə aiddirlər.

 

Qeyd olunan sistemlərin işinin səmərəli təşkil və idarə olunması üçün onların adekvat riyazi modellərinin qurulması vacib problemdir. Son illərdə bu istiqamətdə xeyli sayda elmi işlər yerinə yetirilmişdir. Məlum riyazi modellər KXES-lərin müxtəlif spesifik xassələrini nəzərə alırlar. Lakin məlum modellər KXES-lərin anbarlarında katastrofların baş verə bilməsini nəzərə almırlar. Məlumdur ki, real sistemlərdə, o cümlədən KXES-lərdə katastroflar nadir hallarda olsa belə, baş verə bilirlər və bu faktorlar onların işinə ciddi təsir edirlər. Sözügedən riyazi modellərdə KXES-lərdə katastrofları nəzərə almaqla onların riyazi modelləri qurulmuşdur. Bu da öz növbəsində modellərin adekvatlığını artımağa və nəticədə bu modellər əsasında qəbul olunan qərarların səmərəliyini artırmağa imkan verir.   

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi