AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Erkən kainatda ulduzlar "pambıqvari" buludlarda formalaşıblar

24.02.2025 / Maraqlı məlumatlar

Bütün ulduzlar molekulyar qaz buludlarında formalaşır - bu buludların bəzi hissələri qravitasiyanın təsiri ilə sıxılaraq yeni ulduzların doğulmasına səbəb olurlar. Bu nəhəng qaz buludları yüzlərlə işıq ili boyunca uzana bilər və minlərlə ulduz formalaşdıra bilərlər. Yeni doğulmuş ulduzlar protoulduzlar adlanır - onların kütlə qazanaraq tam formalaşmış ulduza çevrilməsi üçün müəyyən zaman tələb olunur. Alimlər indiki kainatda ulduzların necə yarandığını yaxşı bilsələr də, erkən kainatda bu prosesin necə baş verdiyi hələ də tam aydın deyil. Bəzən ulduzlar tək deyil, cüt olaraq mövcud olur və hətta bir-birinin materialını mənimsəyə bilirlər, bu isə onların gələcək təkamülünü dəyişir.
Tədqiqatçılara görə, erkən kainatda əsasən hidrogen və helium mövcud idi, ağır elementlər isə çox az idi - astronomlar bu elementləri ümumi olaraq “metallar” adlandırırlar. Süd Yolu qalaktikasında ulduzların yarandığı molekulyar buludlar ipvari struktura malikdir. Bu strukturlar parçalanaraq "ulduz yumurtası"na bənzər nüvələr əmələ gətirir. Bu nüvə daha geniş molekulyar buluddan qaz və toz cəlb etməyə davam edir və nəticədə yeni ulduz tam formalaşır. Astronomlar erkən kainatda ulduzların necə formalaşdığını birbaşa müşahidə edə bilmədikləri üçün bu prosesi bənzər şəraitə malik daha yaxın qalaktikalarda öyrənirlər.
Belə şəraitlərdən biri Süd Yolunun peyk qalaktikası olan Kiçik Magellan Buludunda mövcuddur. Bu qalaktika bizdən 200 000 işıq ili uzaqlıqdadır və ağır kimyəvi elementlərin miqdarı burada da çox azdır. Bundan əlavə, astronomlar Süd Yolunun digər peyk qalaktikası - Böyük Magellan Buludunun mərkəzində böyük bir qara dəliyin ola biləcəyini düşünürlər. Bu olduqca qeyri-adi kəşfdir, çünki indiyə qədər belə böyük qara dəliklərin əsasən nəhəng qalaktikalarda yerləşdiyi hesab olunurdu, cırtdan qalaktikalarda isə onların mövcudluğu gözlənilmirdi. Tədqiqatçılar ALMA radioteleskopundan istifadə edərək qonşu qalaktikada müşahidələr aparıblar və erkən kainatda ilk ulduzların hansı şəraitdə formalaşdıqlarını araşdırıblar.
Kiçik Magellan Buludunun Avropa Kosmik Agentliyinin (ESA) Herschel Kosmik Rəsədxanası tərəfindən infraqırmızı diapazonda çəkilmiş görüntüsü:
Astronomlar 17 molekulyar buludu tədqiq ediblər və hər birinin içərisində Günəşdən 20 dəfə böyük kütləyə malik inkişaf edən ulduzlar aşkar ediblər. Müşahidələr göstərib ki, molekulyar buludların təxminən 60%-i ipvari struktura malikdir və bu strukturların eni 0.3 işıq ili aralığındadır. Qalan 40%-i isə "pambıqvari" formadadır. Astronomlar ipvari molekulyar buludların daxili temperaturunun pambıqvari buludlara nisbətən daha yüksək olduğunu müəyyən ediblər. Alimlər hesab edirlər ki, bu temperatur fərqi onların yaş fərqi ilə bağlıdır. İsti buludlar daha az turbulent (sakit) olur.
     
Soyuduqca buludların daxili quruluşu daha xaotik hala gəlir və bu, onların "pambıqvari" formaya keçməsinə səbəb olur. Bu proses yeni ulduzların yaranmasına birbaşa təsir göstərir. İpvari molekulyar buludlar daha asan parçalanır və Günəş kimi aşağı kütləli ulduzların yaranmasına səbəb olur. Əgər bulud "pambıqvari" formaya keçərsə, o zaman parçalanması və aşağı kütləli ulduzların əmələ gəlməsi çətinləşir. Alimlərin fikrincə, kifayət qədər ağır kimyəvi elementlərin olması ipvari strukturun qorunması üçün həlledici faktordur. Bu faktor yalnız ulduzların formalaşmasına deyil, həm də potensial planet sistemlərinin yaranmasına mühüm təsir göstərə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi