AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka vasitəsilə ən yüngül və dözümlü material hazırlanıb

25.02.2025 / Maraqlı məlumatlar
Alimlər, süni zəkanın köməyi ilə, nanomaterial üçün mümkün olan ən yüngül və dözümlü geometrik strukturu yaratmağa nail olublar. Nəticədə, alimlər karbon nanotorbalarını əldə ediblər. Bu material olduqca yüngüldür, lakin öz kütləsindən bir milyon dəfə artıq yükü daşıya bilir. Yeni materialdan daha yüngül və möhkəm avtomobillərin, eləcə də kosmik raket və gəmi modellərinin hazırlanmasında istifadə edilə bilər. Alimlər həmçinin hesab edirlər ki, bu material tibbdə protezlərin hazırlanması üçün də yararlı ola bilər. Material yüksək karbonlu poladın davamlılığına malikdir, lakin çəkisi köpük qədər yüngüldür.
Süni zəka, alimlərə çox az çəkili, lakin son dərəcə yüksək davamlılığa malik nanomaterial strukturunun hazırlanmasında yardımçı olub. Nanomateriallar əvvəllər də bəzi inanılmaz xüsusiyyətlər nümayiş etdirmişdilər. Onlar yüksək möhkəmliyə malik olsalar da, əksər hallarda onların nanostrukturunun geometrik quruluşu gərginliyi bərabər paylaya bilmirdi, bu da onların qırılmasına səbəb olurdu. Daha etibarlı bir material yaratmaq üçün alimlər süni zəkanı təlimatlandıraraq karbon əsaslı material üçün ən yaxşı mexaniki xüsusiyyətləri təmin edəcək strukturu müəyyən etməyə çalışdılar.
Nəticədə, onlar çəkisi polistirol köpüyü qədər yüngül, lakin yüksək karbonlu polad qədər davamlı olan bir material yaratdılar. Yeni material 3D printerdə çap edilib və məlum olub ki, o öz çəkisindən milyon dəfə ağır yükə dözə bilir, lakin yenə də çox yüngül qalır. Materialın titandan təxminən 5 dəfə möhkəm olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, bu material tibb avadanlıqlarının, məsələn, protezlərin və implantların hazırlanmasında istifadə oluna bilər. Həmçinin, o, daha yüngül, lakin davamlı avtomobillərin, kosmik raketlərin və gəmilərin istehsalında faydalı ola bilər ki, bu da onların daha az yanacaq sərf edərək daha sürətli hərəkət etmələrinə imkan verəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi