
Dissertasiya işinin müzakirəsi keçirilib
26.02.2025 / Dissertasiya şurasının iclasları
25 fevral 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Kəmalə Kamil qızı Həşimovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


