
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər
26.02.2025 / Mühüm xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. İSİ əməkdaşları Azərbaycanın dinc əhalisinə qarşı amansızlıqla törədilən Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq abidənin önünə çiçəklər düzüblər.
Otuz üç ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Faciə qurbanlarının əziz xatirəsi heç zaman unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


