AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

26.02.2025 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

 

Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı faciəsinin tarixi gedişatını əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbiri İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə xüsusi amansızlıqla Xocalı şəhərində həyata keçirdiyi genosidin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Faciənin tarixi köklərindən və gedişatından bəhs edən alim bu hadisələrin xalqımıza qarşı həyata keçirilən iki yüz illik işğalçılıq siyasətinin davamı olduğunu bildirib.

 

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlərdən bəhs edən E.Səbziyev bildirib ki, faciəyə siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı Soyqırımı Günü haqqında qərar qəbul edib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Ötən illərdə dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün yerli və beynəlxlaq tədbirlər həyata keçirilib, dünyanın əksər ölkələrində onların xatirəsinə abidələr ucaldılıb.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən İkinci Qarabağ müharibəsi nəticəsində tarixi ədalətin bərpa edildiyini, Xocalı soyqırımı qurbanlarının qisasının alındığını bildirən E.Səbziyev onları ehtiramla yad edib, əziz xatirələrinin xalqımızın qəlbində daim yaşayacağına əminliyini ifadə edib.

 

Sonra professor Knyaz Məmmədov, dosentlər Məzahir İsayev, Gülçin Abdullayeva, Ələkbər Axundov və Aygün Əliyeva çıxış edərək Xocalı faciəsinin tarixi gedişatı və səbəblərindən bəhs edib, xatirələrini bölüşərək qarşıda duran hədəfləri nəzərə çatdırıblar.  

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi