AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər Marsın nəyə görə qırmızı rəngdə olduğunu təyin ediblər

27.02.2025 / Maraqlı məlumatlar
Alimlər illərlə Marsın niyə qırmızı rəngdə olduğunu anlamağa çalışıblar. Bu gün isə demək olar ki, heç bir şübhə yoxdur ki, Qırmızı Planetin səthindəki toz tərkibində çoxlu miqdarda dəmir oksidləri var və məhz bu, ona xas qırmızı çaları yaradır. Lakin dəmir oksidlərinin müxtəlif növləri mövcuddur və bəzilərinin yaranması yalnız o halda mümkün olub ki, Mars keçmişdə bioloji həyat üçün potensial olaraq yararlı bir mühitə malik olsun. Bir suala cavab tapmaq, digər tapmacanın açarı ola bilər. Təəssüf ki, Marsdan nümunələr Yerə çatdırılmadan və laboratoriyada təhlil olunmadan alimlər Mars tozunun tərkibini tam dəqiqliklə müəyyən edə bilmirlər.
NASA Mars nümunələrinin Yerə qaytarılması proqramını həyata keçirməkdə çətinlik çəkir. Böyük ehtimalla bu missiya yalnız 2030-cu illərin sonuna qədər tamamlanacaq. Bununla belə, Çinli alimlər NASA-dan 5-7 il irəlidə ola bilərlər. Onlar Mars torpağının toplanması və Yerə çatdırılması texnologiyalarını fəal şəkildə inkişaf etdirirlər və bu tarixi missiyanı 2035-ci ildən əvvəl yerinə yetirməyi planlaşdırırlar. Hələlik Mars torpağının nümunələri əlçatan olmadığından, tədqiqatçılar spektral məlumatları öyrənir, prosesləri modelləşdirir və laboratoriyalarda Mars şəraitini yenidən yaradırlar.
Amerikalı alimlər qrupu NASA və ESA-nın (Avropa Kosmik Agentliyi) orbital aparatlarından əldə edilən bütün mövcud məlumatları, eləcə də NASA-nın Mars səthində fəaliyyətdə olan aparatlarından toplanan informasiyanı bir araya gətiriblər. Tədqiqatçılar Qırmızı Planetin səthinin analizi ilə bağlı hər şeyi araşdırmağa maraq göstərirdilər. Laboratoriyada Mars şəraitinə maksimum yaxın olan mühit yaradıldı. Alimlər Marsın səthində müəyyən dəmir oksidlərinin, xüsusən də ferrihidritlərin əmələ gəlmə ehtimalını öyrənirdilər. Bu birləşmələr nisbətən aşağı temperaturlarda, oksigen və maye suyun mövcud olduğu şəraitdə formalaşır. Başqa sözlə, onlar potensial olaraq bioloji həyatın yaranması üçün əlverişli mühitdə meydana gələ bilərlər.
"Marsın niyə qırmızı olduğu fundamental sualı uzun illər ərzində müzakirə olunub" - deyə tədqiqatçılar izah edirlər. "Aparılan analizlərə əsasən düşünürük ki, ferrihidrit Marsın tozunda geniş yayılıb və çox güman ki, dağ süxurlarında da mövcuddur. Biz Marsın qırmızı rənginin səbəbi kimi ferrihidriti nəzərdən keçirən ilk alimlər deyilik, lakin indi bu fərziyyəni daha dəqiq yoxlaya bilərik. Bunun üçün müşahidə məlumatlarından və Mars tozunu Yer şəraitində yenidən yaratmağa imkan verən yeni laboratoriya metodlarından istifadə edirik". "Bu yeni məlumatlar Marsın keçmişdə potensial olaraq yaşamağa yararlı ola biləcəyini göstərir və NASA-nın beynəlxalq tərəfdaşları ilə birlikdə apardığı əlaqələndirilmiş tədqiqatların əhəmiyyətini vurğulayır. Bu cür araşdırmalar Günəş sistemimiz və gələcəkdə kosmosun mənimsənilməsi ilə bağlı fundamental suallara cavab tapmağa kömək edir" - deyə alimlər qeyd ediblər.
technote.az
Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi