AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilən mikrorobotlar hazırlayıblar

03.03.2025 / Maraqlı məlumatlar
ABŞ-dan olan alimlər dəyişkən xüsusiyyətlərə malik materialı imitasiya edən mikrorobotlar yaradıblar - bu material həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilər. Bu ideya təbiətdən, embrional hüceyrələrin nümunəsindən ilhamlanaraq götürülüb. Eyni tipli hüceyrələrin toplusundan müxtəlif orqanlara sahib canlı bir orqanizm yaranır ki, bu orqanlar həm sərtlik, həm də funksiyalarına görə fərqlənir. Bənzər xüsusiyyətlərə malik robot sürüsü həyatımızı dəyişdirə və elmi fantastikanı reallığa çevirə bilər. Embrional hüceyrələri araşdıran alimlər onların yetkin orqanizmə çevrilməsini müəyyən edən 3 əsas amili müəyyən ediblər. Birincisi, orqanizmin inkişafı prosesində qonşu hüceyrələrin bir-birinə aktiv təsiri və hətta təzyiq göstərməsidir.
İkincisi, qonşu hüceyrələr arasında onların hərəkətlərini vahid bir sistem kimi əlaqələndirən biokimyəvi siqnallardır. Üçüncüsü isə hüceyrələrin bir-biri ilə birləşmək və yapışmaq qabiliyyətidir ki, bu da bütöv bir orqanizmin formalaşmasını təmin edir. Bu prinsiplər əsasında Kaliforniya Universitetinin (UCSB) alimləri mikrorobotlar hazırlayıblar. Onlar kiçik disklər şəklində və 20 ədəd olmaqla istehsal edilib. Hər bir robotun xarici perimetri boyunca əlaqə zamanı birləşmək və qrup halında hərəkət etmək üçün dişli çarxlarla təchiz olunmuş səkkiz mühərrik yerləşdirilib. Bundan əlavə, robotlar yumşaq birləşməni təmin edən maqnitlərlə təchiz edilib. Nəhayət, onların hamısında əmrləri qəbul etmək üçün polarizasiya filtrləri və işıq sensorları quraşdırılıb.
Tədqiqatçılar göstəriblər ki, robotlar verilən əmr ilə elə bir dayanıqlı qrup yarada bilirlər ki, onu xarici təsirlə asanlıqla dağıtmaq mümkün deyil. Lakin başqa bir komanda ilə eyni qrup axıcı hala gələrək obyektlərin onun içindən keçməsinə imkan yaradır. İşıqla idarəetmə sistemi robotlara kollektiv şəkildə obyektləri hərəkət etdirmək, qrupun konfiqurasiyasını dəyişmək və verilmiş tapşırıqlara uyğun olaraq onun sərtliyini tənzimləmək imkanı verir. Alimlər əmindirlər ki, əgər bu cür minlərlə mexanizm yaradılarsa və onlar kifayət qədər kiçik ölçüdə olarsa, "Terminator 2: Judgment Day" filmindəki T-1000 robot modeli ekrandan gerçək həyata keçə bilər. Belə robotlar minlərlə mikrobotdan ibarət olacaq və əmrlər və ya şəraitin təsiri altında öz strukturlarını geniş diapazonda dəyişə biləcəklər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi