AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft Skype fəaliyyətinin dayandırılacağını rəsmi şəkildə təsdiqləyib

04.03.2025 / Maraqlı məlumatlar
Microsoft rəsmi olaraq Skype-ın bağlanacağını elan edib və sonuncu zəngin 5 may 2025-ci ildə ediləcəyini açıqlayıb. Şirkət verdiyi açıqlamada, Skype-ın bağlanmasının Microsoft-un korporativ platforması olan Teams-ə daha çox diqqət ayırmasına imkan yaradacağını bildirib. Microsoft-un bəyanatında qeyd olunub: "İstehlakçılar üçün pulsuz kommunikasiya xidmətlərimizi optimallaşdırmaq və müştəri tələblərinə daha yaxşı uyğunlaşmaq üçün Skype-ı 2025-ci ilin may ayında bağlayacağıq. Bununla biz müasir kommunikasiya və əməkdaşlıq mərkəzimiz olan Microsoft Teams üzərində cəmləşəcəyik”.
Microsoft, istifadəçilərin Teams platformasına keçidini asanlaşdırmaq üçün tezliklə Skype hesabı vasitəsilə Teams-ə daxil olmağa icazə verəcək. İstifadəçilər Teams daxilində Skype-dakı bütün çatlarına və kontaktlarına çıxış əldə edəcəklər. Bu funksiya ilkin olaraq Teams və Skype insayderləri üçün əlçatan olacaq, daha sonra isə digər istifadəçilərə təqdim ediləcək. Teams-dən istifadə etməyi düşünməyənlər üçün mövcud Skype məlumatlarını ixrac etmək imkanı yaradılacaq. Bundan əlavə, yeni Skype istifadəçiləri artıq beynəlxalq və yerli zənglər edə və ya Skype krediti və abunəliklər vasitəsilə ödənişli zənglər qəbul edə bilməyəcəklər.
 
     
Mövcud abunəçilər isə kreditlərini və abunə paketlərini növbəti yeniləmə dövrünün sonuna qədər istifadə edə biləcəklər. Skype krediti yalnız 5 may 2025-ci ilə qədər aktiv olacaq. Microsoft-un istifadəçilərə 5 maydan sonra istifadə olunmamış Skype kreditlərini geri qaytarıb-qaytarmayacağı isə hələ məlum deyil. Skype-ın peer-to-peer videozəng xidməti Niklas Zennström, Janus Friis və digər 4 estoniyalı proqramçı tərəfindən yaradılıb. 2003-cü ildə istifadəyə verildikdən sonra bu xidmət sürətlə məşhurluq qazandı. 2005-ci ilin payızına qədər xidmətin 40 milyon aktiv istifadəçisi var idi. Həmin il eBay Skype-ı 2.6 milyard dollara aldı.
2011-ci ildə Microsoft, eBay-dən Skype-ı 8.5 milyard dollara aldı. Lakin pandemiya dövründə Skype, Zoom-a tamamilə uduzdu. Microsoft, 2021-ci ildə Skype for Business müştəri proqramına dəstəyi dayandıranda, artıq Skype-ın sonunun yaxın olduğu aydın idi. Microsoft hazırda Skype-ın istifadəçi sayına dair son statistikaları açıqlamır, lakin Teams-ə keçidlə əlaqədar olaraq işçi ixtisarlarının olmayacağını bəyan edib. Bundan əlavə, Teams platformasının aylıq aktiv istifadəçi sayının 320 milyon nəfərə çatdığı qeyd edilib. "Skype müasir kommunikasiyanın formalaşmasının və saysız-hesabsız vacib anların yaranmasının ayrılmaz hissəsinə çevrildi. Biz bu yolun bir parçası olduğumuz üçün qürur duyuruq" - deyə Microsoft bəyan edib.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi