AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər

05.03.2025 / Maraqlı məlumatlar
Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar. Heliumun ekstremal şəraitdə dəmirlə birləşə bilməsi onun Yer nüvəsində ehtiyat halında mövcud ola biləcəyini göstərir. Qeyd edək ki, helium kainatda ən çox rast gəlinən ikinci kimyəvi elementdir. Yer kürəsinin dərinlikləri hələ də alimlərin açmağa çalışdıqları çoxsaylı sirrləri gizlədir. Bu, birbaşa müşahidə edilə bilməyən planetimizin nüvəsinə də aiddir.
Buna görə də aparılan bütün tədqiqatlar onun xüsusiyyətlərinə dair yalnız dolayı sübutlar təqdim edir. Məlumdur ki, Yer nüvəsi iki hissədən ibarətdir: Ərimiş xarici nüvə (maye dəmir və nikel qarışığından ibarət) və sərt daxili dəmir nüvə. Məlumdur ki, Yer nüvəsi dəmir qədər sıx deyil. Buna görə də, onun daha yüngül kimyəvi elementlərdən, məsələn, karbon və silisiumdan ibarət ola biləcəyi nəzəriyyəsi irəli sürülüb. İndi isə fiziklər hesab edirlər ki, Yer nüvəsində daha da yüngül bir kimyəvi element - helium da mövcud ola bilər. Daha dəqiq desək, burada Yer hələ 4 milyard ildən çox əvvəl formalaşdığı zaman nüvədəki dəmirin bir hissəsi ilə birləşmiş ilkin helium ola bilər.
Lakin inert qaz olan helium ağır kimyəvi elementlərlə, xüsusilə dəmir ilə zəif bağlanır. Ancaq fiziklərin aparmış olduqları təcrübə bunun əksini göstərib. Yer üzərində helium iki izotop şəklində mövcuddur: Helium-4 və helium-3. Lakin ilkin helium, yəni helium-3, Yer kürəsində yaranmır. Çünki hesab edilir ki, o, Böyük partlayışdan dərhal sonra əmələ gəlib və daha sonra kainata yayılıb. Hidrogendən sonra kainatda ən çox yayılmış kimyəvi element heliumdur və o, planetlərin yarandığı protoplanet diskində kütlənin böyük hissəsini təşkil edir. Yer də məhz belə bir diskin içində formalaşıb.
     
Fiziklərin fikrincə, planetimizin yaranması zamanı helium-3-ün böyük bir hissəsi Yer nüvəsində təcrid olunmuş vəziyyətdə qala bilərdi. Bu, o dövrdə Yer səthini örtən maqmatik okeanda baş verən kimyəvi reaksiyalar nəticəsində mümkün olub. Əvvəlki tədqiqatlar göstərib ki, vulkanların püskürtdüyü maqmada helium-3 miqdarı yüksəkdir. Bu səbəbdən alimlər Yer kürəsinin xarici nüvəsində bu elementin böyük bir ehtiyatının olub-olmadığını araşdırmağa qərar veriblər. Bunun üçün fiziklər xarici nüvədəki ekstremal istilik və təzyiqi təqlid edərək, dəmirlə helium-3-ü almaz kamerasına yerləşdirib 2700 dərəcə Selsiyə qədər qızdırıblar.
Eyni zamanda, elementlər 55 qiqapaskal təzyiqə məruz qalıb. Daha sonra isə heliumun sızmasının qarşısını almaq və nümunəni yaxından tədqiq etmək üçün əldə edilən birləşməni dondurublar. Eksperimentdən əvvəl fiziklər proqnozlaşdırmışdılar ki, əgər dəmir və helium birləşərsə, helium atomları dəmirin kristal quruluşuna daxil olacaq. Həqiqətən də, alimlər müəyyən ediblər ki, helium atomları dəmirin qəfəsvari quruluşu arasında yerləşir. Tədqiqat nəticəsində məlum olub ki, dəmirin tərkibində 3%-ə qədər helium mövcuddur. Bu isə göstərir ki, inert qaz güclü istilik və təzyiqin təsiri altında dəmirlə birləşə bilər. Fiziklərin sözlərinə görə, əldə edilən nəticələr Yer nüvəsində bizim dünyamızda yaranmamış ilkin heliumun gizli bir ehtiyatının ola biləcəyini göstərir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi