AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünyanın ən güclü okean axınının sürəti aşağı düşməyə başlayıb

05.03.2025 / Maraqlı məlumatlar
Alimlər müəyyən ediblər ki, Antarktidanı əhatə edən buzların əriməsi dünyanın ən güclü okean axını olan Antarktika dövri okean axınının (Qərb küləkləri cərəyanı) sürətinin azalmasına səbəb olur. Bu proses qlobal istiləşmənin daha da sürətlənməsinə, dünya okeanının səviyyəsinin yüksəlməsinə, okeanlardakı temperaturun və dəniz ekosistemlərinin dəyişməsinə gətirib çıxara bilər. Alimlər belə nəticəyə gəliblər ki, əgər atmosferə karbon emissiyaları azaldılmasa, 2050-ci ilə qədər Antarktika dövri okean axınının sürəti 20% azalacaq. Buzların əriməsi okeandakı şirin suyun miqdarını artırır, bu da suyun duzluluğunun və bütün Yer meridianlarını keçən axının dövranının dəyişməsinə səbəb olur.
Araşdırmanın müəllifləri bildirirlər ki, əgər Antarktika dövri okean axını fəaliyyətini itirərsə, yəni daha da yavaşlarsa, bu, planetdə iqlim dəyişikliyinin daha da güclənməsinə və bəzi bölgələrdə daha ekstremal hava hadisələrinin baş verməsinə səbəb olacaq. Qlobal istiləşmə daha da sürətlənəcək, çünki okeanın karbonu udma qabiliyyəti azalacaq. Antarktika dövri okean axınını dünya okeanlarının hərəkətində mühüm rol oynayır və Atlantik, Sakit və Hind okeanları arasında su axınını təmin edən bir növ “konveyer” kimi çıxış edir. Bu axın iqlimə nəzarət etməyə, okeanlarda istiliyin, karbon qazının və qida maddələrinin paylanmasını tənzimləməyə kömək edir.
Antarktika dövri okean axınını, Qolfstrim axınından 4 dəfə daha güclüdür. Buna görə də, o, dünya okeanı boyunca bir sıra dəniz növlərinin miqrasiyasını əhəmiyyətli dərəcədə tənzimləyir. Əgər bu axın daha da yavaşlasa, bu, Antarktika sularına yad növlərin daxil olması deməkdir. Bu növlər yerli dəniz ekosistemlərini məhv edə bilər və nəticədə Antarktidada pinqvinlərin populyasiyasına mənfi təsir göstərə bilər. Yeni məlumatlar əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir.
     
Əvvəllər aparılmış tədqiqatlarda Antarktika dövri okean axınının qlobal temperaturun dəyişməsi səbəbindən sürətləndiyi qeyd olunurdu. Alimlərin fikrincə, ərimiş buzlardan okeana daxil olan böyük həcmdə şirin su duzluluğu azaldır. Bu isə soyuq və sıx suyun aşağı enərək dövran etməsinə mane olur. Halbuki bu proses Antarktika dövri okean axınının əsas fəaliyyət mexanizmini təşkil edir. Alimlərin sözlərinə görə, iqlim dəyişikliyinə ciddi təsir etməyəcək 1.5 dərəcə Selsi həddi artıq aşılmışdır. Hətta karbon emissiyalarının azaldılması belə temperaturun daha da yüksəlməsinin qarşısını ala bilməz və ehtimal ki, hava daha da isti olacaq.
technote.az
Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi