AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kainatda suyun nə zaman formalaşdığı təxmin edilib

06.03.2025 / Maraqlı məlumatlar
Kainat hələ də bir çox sirrləri özündə saxlayır, bunlardan biri də qaranlıq materiyanın təbiətidir. Eyni zamanda alimlər suyun kosmosda nə zaman əmələ gəldiyini dəqiq anlamağa çalışırlar. Tədqiqatlar göstərir ki, kainatın su ilə zənginləşməsi üçün gözləniləndən daha az vaxt lazım olub. Bunun əsas səbəbi ilk ulduzların partlayaraq ölməsi nəticəsində suyun yaranmasıdır. Kosmosda ən çox rast gəlinən kimyəvi birləşmələrdən biri iki hidrogen və bir oksigen atomundan ibarətdir - yəni sudur. Alimlər hesab edirlər ki, kainatın su ilə zənginləşməsi üçün azı 1 milyard il vaxt lazım olub.
Başlanğıcda kainat əsasən hidrogen və cüzi miqdarda heliumdan ibarət idi. Oksigenin geniş miqyasda yaranması üçün uzun müddət ərzində müxtəlif nəsil ulduzların partlaması tələb olunurdu. Ulduzlar öz nüvələrində hidrogen və heliumdan daha ağır elementlər yaradırlar. Ömürlərinin sonunda isə onlar supernova partlayışları ilə bu elementləri kosmosa yayırlar. Məhz bu partlayışlar nəticəsində suyun formalaşması üçün vacib olan oksigen kosmosa yayılıb. Kainatda ilk ulduzlar Böyük partlayışdan təxminən 100 milyon il sonra yaranıb. Bu ulduzlar çox kütləvi və yüksək temperaturlu idilər, buna görə də doğulduqdan cəmi bir neçə milyon il sonra supernova kimi partlayırdılar.
 
     
Alimlər hələ bu ilk ulduzları birbaşa müşahidə edə bilməyiblər, eyni zamanda ilk supernova partlayışlarının qalıqları da tam olaraq aşkarlanmayıb. Lakin bəzi məlumatlar artıq onların tapılmış ola biləcəyini göstərir. Yeni araşdırmanın müəllifləri ilk ulduzların partlayışını simulyasiya ediblər və belə nəticəyə gəliblər ki, Böyük partlayışdan cəmi 100 milyon ildən bir qədər çox vaxt keçdikdən sonra kosmos artıq böyük miqdarda su ilə dolmuşdu. Bu isə o deməkdir ki, ilk qalaktikalarda su geniş yayılmışdı, halbuki bu nəticə indiyə qədər qəbul edilən nəzəriyyələrlə ziddiyyət təşkil edir.
Simulyasiya göstərib ki, ilk ulduzlar öz nüvələrində böyük miqdarda oksigen yarada biliblər. Daha sonra bu oksigen ulduz partlayışları (supernova) nəticəsində yüzlərlə işıq ili məsafəyə yayılıb. Eyni zamanda, supernova qalıqlarında hidrogen atomları birləşərək molekullar əmələ gətirib. Molekulyar hidrogen və oksigenlə zəngin olan ən sıx qaz buludlarında bu elementlərin birləşməsi nəticəsində su yaranıb - simulyasiya bunu göstərir. Alimlər belə qənaətə gəliblər ki, ilk ulduzların yaratdığı ağır kimyəvi elementlərin ən yüksək konsentrasiyaya malik olduğu yerlərdə yeni ulduz nəsilləri yaranıb. Bu yeni ulduzların ətrafında isə sərt səthə malik qayalı planetlər formalaşmağa başlayıb.
Kosmosda artıq çoxlu suyun mövcud olduğu nəzərə alınarsa, bu planetlər su ilə zənginləşmiş və hətta həyat üçün əlverişli mühitə çevrilə bilmiş ola bilər. Araşdırma müəlliflərinin fikrincə, kosmosun müəyyən bölgələrində ilk ulduzların yüksək konsentrasiyası onların supernova partlayışlarının birgə təsiri nəticəsində daha çox suyun yaranması üçün əlverişli şərait yaradıb. Alimlərin hesablamalarına görə, ilk ulduzlar tərəfindən erkən qalaktikalarda yaradılan suyun miqdarı, indiki Süd Yolu qalaktikasındakı suyun miqdarından cəmi 10 dəfə az olub. Bu isə o deməkdir ki, həyatın əsas elementlərindən biri - su, kainatın tarixinin ən erkən dövrlərində mövcud olub. İndi alimlərin qarşısında duran əsas məsələ bu yeni nəzəriyyəni birbaşa müşahidələr yolu ilə sübut etməkdir, lakin hazırkı texnologiya ilə bunu etmək hələ də olduqca çətindir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi