AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar

07.03.2025 / Maraqlı məlumatlar
Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması. Hazırda radioaktiv tullantılar xüsusi şəraitdə saxlanılır ki, bu da böyük xərclər və mürəkkəb infrastruktur tələb edir. Lakin bu tullantılar avtonom sistemlər üçün enerji mənbəyi kimi istifadə oluna bilər. Məlumdur ki, qamma şüalanması müəyyən materiallarla qarşılıqlı təsirə girdikdə qısa müddətli lümenesensiya (scintillator / işıqlanma) hadisəsi baş verir.
Yüksək enerjili fotonlar atomlardakı elektronları həyəcanlandıraraq onları yüksəldilmiş enerji səviyyəsinə keçirirlər. Elektronlar öz başlanğıc vəziyyətinə qayıtdıqda isə fotonlar buraxılır. Bu fotonlar fotoelektrik elementlər vasitəsilə elektrik cərəyanına çevrilə bilər. Alimlər radioaktiv tullantıları qamma şüalanma mənbəyi kimi istifadə etməyi təklif ediblər. Bundan əlavə, işlək atom elektrik stansiyalarında (AES) yaranan "sərbəst" qamma şüalanmasını da tutmaq mümkündür. Əsas vəzifə qısa müddətli lümenesensiya materialını və fotoelektrik elementini birləşdirən effektiv batareya hazırlamaqdır.
     
Ohayo Ştat Universitetinin tədqiqatçıları bu konsepsiya əsasında bir prototip hazırlayıblar. Cəmi 4 sm³ həcmində olan sınaq nümunəsində qısa müddətli lümenesensiya kristalları və kadmium-tellurid (CdTe) əsaslı Şotki diodu ilə işləyən fotoelektrik element yer alıb. Qamma şüalanma mənbəyi kimi sezium-137 və ya kobalt-60 izotopları istifadə olunub - bunlar radioaktiv tullantılarda ən çox rast gəlinən elementlərdir. Ohayo Ştat Universitetinin nüvə reaktorları laboratoriyasında aparılmış sınaqlar ümidverici nəticələr göstərib. Sezium-137 əsaslı batareya 0.288 mikrovat, kobalt-60 isə 1.5 mikrovata qədər enerji istehsal edib, bu isə mini sensorların enerji təminatı üçün kifayətdir.
Bu texnologiya nüvə tullantılarının emalı üçün yeni imkanlar açaraq onları problemdən enerji mənbəyinə çevirir. "Biz adətən tullantı hesab edilən materialları toplayır və onları dəyərə çeviririk" - deyə tədqiqatçılar bildiriblər. Lakin alimlər etiraf edirlər ki, bu texnologiyanın genişmiqyaslı tətbiqindən hələ uzaqdırlar. Əsas çətinliklər istehsalın genişləndirilməsi və batareyaların çıxış gücünün artırılması ilə bağlıdır. Buna baxmayaraq, tədqiqatlar davam edir və gələcəkdə bu cür cihazlar avtonom enerji sistemlərinin inkişafında mühüm addım ola bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi