AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib

07.03.2025 / Maraqlı məlumatlar
Google AI Overviews (süni zəka icmalları) funksiyasının genişləndirildiyini elan edib. Bu funksiya artıq dünyanın bütün istifadəçiləri üçün əlçatan olacaq, hətta sistemə daxil olmayanlar üçün belə. Bundan əlavə, AI Mode adlı yeni axtarış rejimi təqdim olunacaq ki, bu da ənənəvi axtarışı süni zəka ilə interaktiv dialoqa çevirəcək. Google AI Overviews funksiyasının tətbiq sahəsini genişləndirərək süni zəka tərəfindən yaradılan qısa icmalları daha çox sorğu üçün təqdim edəcək və onları bütün istifadəçilər üçün əlçatan edəcək. Lakin ən maraqlı yenilik AI Mode adlanan ayrı bir süni zəka axtarış rejimidir.
     
Bu rejim Google axtarış sisteminə birbaşa inteqrasiya olunmuş söhbət-botudur və Perplexity və ya ChatGPT Search kimi alətlərə bənzəyir. Lakin o, Google ekosisteminə uyğunlaşdırılıb. Məlumata əsasən hazırda AI Mode yalnız Google One AI Premium abunəçiləri üçün əktivdir. Üstəlik, bu funksiyanı istifadə etmək üçün Labs bölməsində onu fərdi şəkildə aktivləşdirmək lazımdır. AI Mode funksiyasının əsas ideyası istifadəçilərin dərhal cavab almağı üstün tutmasıdır, yəni linkləri nəzərdən keçirmək əvəzinə, süni zəkanın yaratdığı cavabı birbaşa görmək istəyirlər.
 
Bu rejimdə sorğu Google-un indeks bazasından istifadə edən süni zəka modeli tərəfindən emal edilir və mənbələrə keçidlər əlavə olunur. Vizuallığı baxımından AI Mode Gemini çat-botuna bənzəyir, lakin real vaxt rejimində məlumatları analiz edə bilir və veb-səhifələrlə qarşılıqlı əlaqədə ola bilir. Bəzi ekspertlər Google-un ənənəvi axtarış modelindən uzaqlaşdığını düşünürlər - yəni istifadəçilər artıq linklərə klikləmək əvəzinə, cavabı birbaşa axtarış səhifəsində oxuyurlar. Lakin Google-un axtarış məhsulları üzrə vitse-prezidenti Robby Stein bu fikirlə razı deyil: "AI Overviews istifadəçilərə lazımi konteksti verir və nəticədə onlar linklərə daha həvəslə klikləyir, saytlarda daha çox vaxt keçirirlər" - deyə o bildirib.
     
Google-un fikrincə, yeni texnologiyalar köhnə axtarış mexanizmlərini əvəz etmir, əksinə, onları təkmilləşdirir. Şirkət bəyan edir ki, AI Mode ənənəvi axtarışı tamamilə əvəz etmək məqsədi daşımır, lakin süni zəka texnologiyalarının axtarış sisteminin iş prinsipini getdikcə daha çox dəyişdirdiyi artıq aydındır. Bundan əlavə, AI Overviews funksiyasında yenilənmiş Gemini 2.0 modeli istifadə olunacaq. Robby Stein-ə görə, bu yeniləmə riyaziyyat, proqramlaşdırma və məntiqi analizlə bağlı sorğular üçün daha dəqiq cavablar verilməsini təmin edəcək. 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi