AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Marsda münbit şəraitdə formalaşan minerallar aşkar edilib

07.03.2025 / Maraqlı məlumatlar
Alimlər NASA-nın Mars səthində fəaliyyətdə olan Perseverance aparatının toplamış olduğu məlumatları təhlil ediblər. Bu məlumatlar Jezero adlı kraterin dibindəki qəribə daşları araşdıran cihazlardan əldə edilib. Tədqiqat nəticəsində məlum olub ki, bu daşlar gözlənilmədən yüksək miqdarda alüminiuma sahibdirlər. Bu, kaolinit minerallarının olması ilə bağlıdır. Kaolinit kimi minerallar adətən yalnız isti və rütubətli mühitlərdə əmələ gəlir. Alimlərin fikrincə, bu tapıntı Marsın keçmişdə düşünüldüyündən daha isti və rütubətli bir dünya olduğunu göstərir. Yer kürəsində kaolinit adətən isti iqlimə malik, çoxlu yağıntı düşən bölgələrdə və ya hidrotermal sistemlərdə yaranır.
Bu mühitlər bizim bildiyimiz həyatın mövcudluğu üçün ideal şərait hesab edilir - alimlər belə qənaətə gəliblər. Kaolinit süxurların əsrlər boyu axar suyun təsirinə məruz qalması nəticəsində yaranan qalıq maddədir. İsti su zamanla süxurların tərkibindəki əksər kimyəvi elementləri yuyur və yalnız suda həll olunmayan maddələr qalır. Marsda aşkar edilmiş daşlar da məhz bu proses nəticəsində formalaşmış ola bilərlər. Lakin Qırmızı Planet hazırda soyuq və quraqdır, bu səbəbdən Perseverance aparatının kəşfi gözlənilməz hesab edilir. Alimlərin sözlərinə görə, Marsda tapılan bu kiçik, qəribə daşlar əvvəlki tədqiqatlarda rast gəlinən hər şeydən fərqlənir.
Yer kürəsində rast gəlinən kaolinit:
Ən maraqlısı odur ki, aparatın kamerası Mars səthində minlərlə belə daşın olduğunu və onların geniş bir əraziyə yayılmış olduğunu müəyyən edib. Yer kürəsində kaolinit mineralları adətən yumşaq olur, lakin Marsda tapılan nümunələr daha sərt görünür. Bu, onların fərqli geoloji proseslər nəticəsində bərkimiş ola biləcəyini göstərir. Alimlər bu daşların tərkibində şpinel mineralını da aşkar ediblər. Şpinel həm maqmatik, həm də metamorfik mühitdə əmələ gələ bilər və çöküntü süxurlarında da tapıla bilər.
Yer kürəsində rast gəlinən şpinel:
Hələlik kaolinitin şpinelin ətrafında formalaşdığı, yoxsa əksinə, şpinelin kaolinitdən əmələ gəldiyi məlum deyil. Kaolinitin tərkibində təxminən 14% su olduğu üçün alimlər düşünürlər ki, Mars səthində axan qədim su izləri məhz bu mineralların daxilində qalmış ola bilər. Bu yeni məlumatları nəzərə alaraq, alimlər Marsda mikrob həyatının yaranması və mövcudluğu üçün uyğun şəraitin ola biləcəyini ehtimal edirlər. Bununla belə, tədqiqatçılar hələlik bu qəribə daşların mənşəyini dəqiq müəyyən edə bilməyiblər və Perseverance aparatının gələcək məlumatlarının bu məsələyə aydınlıq gətirəcəyinə ümid edirlər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi