AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ayda ilk dəfə GPS naviqasiya sistemi test edilib

11.03.2025 / Maraqlı məlumatlar
2 mart 2025-ci il tarixində Firefly Aerospace şirkətinin Blue Ghost modulu Aya tarixi eniş həyata keçirərək səthə yumşaq eniş edən ilk özəl eniş aparatı oldu. Lakin enişdən xeyli əvvəl modul daha bir tarixi nailiyyətə imza atdı - Yerətrafı GPS peyk naviqasiya sisteminin siqnallarını qəbul etməyə başladı və bu prosesi enişdən sonra da davam etdirdi. Bu, gələcək missiyalar üçün faydalı olacaq və Ayda və onun yaxınlığında naviqasiyanı asanlaşdıracaq. Blue Ghost modulunun göyərtəsində NASA-ya məxsus LuGRE qəbuledicisi də yerləşir. Bu cihaz NASA və italyan mütəxəssisləri tərəfindən birgə hazırlanıb və GPS və Galileo peyk naviqasiya sistemlərinin siqnallarını qəbul etmək üçün modifikasiya olunub.
Dünyada çox az insan tapılar ki, bu və ya digər peyk naviqasiya xidmətlərindən istifadə etməsin. Lakin Ay üçün bu, tamamilə yeni bir təcrübədir. LuGRE modulu Yerə aid peyk naviqasiya siqnallarını hələ Ayın yaxınlığına çatmazdan əvvəl qəbul etməyə başlayaraq GPS və Galileo sistemlərinin işləmə məsafəsi üzrə iki dünya rekordu müəyyənləşdirdi: 21 yanvar tarixində 337 479 km, 20 fevral tarixində isə 391 000 km məsafədə uğurla siqnal qəbul etdi.
     
Enişdən sonra modul GPS və Galileo sistemlərinə qoşulmağı bacardı və ilk dəfə olaraq peyk naviqasiyasını Ay səthində sınaqdan keçirdi. NASA bu məlumatları təhlil edərək Yerə məxsus bu naviqasiya sistemlərinin Ay orbitində və səthində istifadəyə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirəcək. Əgər GPS və ya Galileo Ay mühitində stabil işləsə, bu, Ay orbitində və səthində hərəkət edən aparatların naviqasiyasını avtomatlaşdırmağa imkan verəcək. Hazırda bu aparatlara böyük operator qrupları xüsusi müşahidə sistemləri ilə nəzarət edir. Əgər naviqasiya avtomatlaşdırılarsa, Ay missiyalarının idarə olunması xeyli sadələşəcək.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi