
Dissertasiya işinin müzakirəsi keçirilib
14.03.2025 / Mühüm xəbərlər
11 mart 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə Elmi seminarının iclasında iddiaçı Abdullayeva Aynurə Cabbar qızı tərəfindən Kompüter elmləri ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən “3D Bianki İnteqro-Diferensial tənlikləri üçün bəzi sərhəd məsələləri və onların optimal idarəetməyə tətbiqi" mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


