
Dissertasiya işlərinin müzakirəsi keçirilib
07.03.2025 / Mühüm xəbərlər
4 mart 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə elmi seminarının iclasında iddiaçılar Sevinc Elman qızı Paşayevanın «Direktiv sənəd bazasında axtarış informasiya sisteminin işlənilməsi» mövzusunda və Camirzə Hörmət oğlu Ağacanovun “Kommersiya banklarında risklərin qiymətləndirilməsi və idarə olunması üçün neyro-fuzzy modellərin və instrumental vasitələrin işlənməsi” mövzusunda təqdim edilən dissertasiya işlərinin müzakirəsi keçirilib. Dissertasiya işləri növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


