AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib

18.03.2025 / Maraqlı məlumatlar
Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur. Ancaq ümidverici əlamətlərin çoxluğu elm adamlarını ilk dəfə Yer kürəsindən kənarda həyatın aşkarlanması ilə bağlı nikbin düşünməyə vadar edir. Xatırladaq ki, 2024-cü ilin iyul ayında Perseverance aparatı ox formasında bir qayada xüsusi struktura malik mineral çöküntüləri aşkar etmişdi. Bunlar tünd və yaşımtıl çalarlı kiçik ləkələrdən, eləcə də tünd konturlu açıq rəngli izlərdən ibarət idi.
 
Yer süxurlarında bu cür izlər qədim mikrob fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Tünd nöqtələrə "xaşxaş toxumları", açıq rəngli ləkələrə isə "leopard izləri" adı verilib. Problem ondadır ki, bu cür strukturlar yalnız bioloji proseslər nəticəsində deyil, həm də qeyri-üzvi kristallaşma səbəbindən yarana bilər. Məsələn, vulkanik aktivlik zamanı yüksək temperaturun təsiri ilə süxurlar kristallaşa bilər. NASA mütəxəssislərinin Texasda keçirilmiş Ay və Planetar Elmlər Konfransında təqdim etdikləri hesabatda bu məsələyə aydınlıq gətirilib. Tədqiqatçılar aşkar edilmiş mineral çöküntülərin böyük ehtimalla aşağı temperatur reaksiyalarının nəticəsi olduğunu bildiriblər.
Başqa sözlə, bu izlər Marsda qədim mikrob həyatının mövcudluğuna dair bir sübut ola bilər. Bunu 100 faiz dəqiqliklə sübut etmək yalnız Yer kürəsində müasir elmi avadanlıqlardan istifadə etməklə mümkündür. Bunun üçün Marsdan nümunələrin gətirilməsi vacibdir. Perseverance aparatının əsas missiyası məhz Qırmızı Planetin ən perspektiv süxur nümunələrini toplamaqdır. Təəssüf ki, bu nümunələrin Yerə qaytarılması missiyası həm böyük büdcə artımı, həm də müxtəlif texnoloji çətinliklərlə üzləşib. Əgər ABŞ Konqresi əlavə vəsait ayırsa, Marsdan gətirilən nümunələr 2030-cu illərin ortalarından sonlarına qədər Yerə çata bilər. Əks halda, Çinin uğurlu olması halında Mars nümunələri 2035-ci ildən əvvəl Yerə gətirilə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi