AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gözün ilk süni qüzehli qişası yaradılıb

19.03.2025 / Maraqlı məlumatlar

İnsan bədəni bir çox əzələ liflərinin əlaqələndirilmiş fəaliyyəti sayəsində hərəkət edir. Bəziləri sadə işləri yerinə yetirir, digərləri isə bədənin mürəkkəb hərəkətlər etməsinə imkan verən dolaşıq sistemlər əmələ gətirir.

Amerikalı mütəxəssislər işıq təsiri ilə konsentrik və radial şəkildə yığılıb genişlənə bilən süni əzələ strukturları yetişdiriblər. Bu, göz bəbəyinin daralıb-genişlənməsinə bənzəyir.

Son illərdə alimlər və mühəndislər əzələləri hibrid robotlar üçün potensial hərəkətverici qüvvə kimi tədqiq etməyə başlayıblar. Bu robotlar süni şəkildə yetişdirilmiş yumşaq əzələ lifləri ilə işləyən maşınlardır. Belə biorobotlar adi maşınlar üçün əlçatan olmayan mürəkkəb tapşırıqları yerinə yetirə bilərdi. Lakin indiyədək yalnız bir istiqamətdə uzana bilən əzələlər hazırlamaq mümkün olub ki, bu da onların hərəkət azadlığını məhdudlaşdırıb.

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri işığın təsiri altında koordinasiyalı şəkildə müxtəlif istiqamətlərdə yığılıb genişlənə bilən süni əzələ toxuması yetişdirmək metodunu hazırlayıblar. Texnologiyanın imkanlarını nümayiş etdirmək üçün isə onlar süni gözün qüzehli qişasını yaradıb.

“MIT News”un məlumatına görə, süni qüzehli qişa yeni “ştamp üsulu” ilə hazırlanıb. Əvvəlcə alimlər 3D printer vasitəsilə mikroskopik kanallara malik kiçik əl ştampı çap ediblər. Hər kanalın ölçüsü bir hüceyrə böyüklüyündə olub. Daha sonra bu ştamp yumşaq hidrojelə basdırılıb və alınan kanallar əsl əzələ hüceyrələri ilə doldurulub. Hüceyrələr hidrojel içərisində bu kanallar boyunca böyüyərək liflər əmələ gətirib. Liflər stimullaşdırıldıqda, əzələ həmin istiqamətlər üzrə yığılmağa başlayıb.

Elmi qrupun rəhbəri, professor Ritu Raman bildirib: “Qüzehli qişa yaradaraq, biz bir istiqamətdən daha çox güc yarada bilən skelet əzələləri ilə işləyən ilk robotu nümayiş etdirdik. Bu, unikal ştamp metodunun sayəsində mümkün oldu”.

Professor Ramanın sözlərinə görə, onlar yüksək dəqiqlikli printerdən istifadə etsələr də, müxtəlif mikroskopik naxışlı ştampları sadə stolüstü 3D printerlər vasitəsilə də çap etmək mümkündür. Bundan əlavə, bu ştamplardan təkcə əzələ deyil, həm də sinir hüceyrələri və ya ürək toxumaları yetişdirmək üçün istifadə edilə bilər.

Raman qeyd edib: “Sualtı robotlarda adətən istifadə olunan sərt hərəkətverici sistemlər əvəzinə yumşaq bioloji robotlardan istifadə edə bilsək, onlar həm enerjiyə qənaət, həm də tamamilə bioloji cəhətdən parçalana və ekoloji baxımdan davamlı ola bilər. Bu, çatmaq istədiyimiz məqsəddir”.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi