AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ABŞ ildə 12 min insanabənzər robot istehsal ediləcək zavod açır

19.03.2025 / Maraqlı məlumatlar

Amerikanın “Figure” şirkəti insanabənzər robotların özlərinə bənzər robotları yığacağı zavodu təqdim edib. Yeni müəssisə ildə 12 min vahid texnika istehsal etmək gücünə malikdir.

İstehsalat tamamilə humanoid maşınların yaradılmasına yönəlib və proses zamanla

daha da avtomatlaşdırılacaq.

Zavodun ilk istehsal xətti birbaşa şirkət daxilində hazırlanıb. Bu yanaşma “Figure”ə keyfiyyətə nəzarət etmək, robotların yığılma

prosesinin effektivliyini artırmaq və konstruksiyada operativ dəyişikliklər etmək imkanı verəcək.

İstehsalat sahəsi işlərin hər mərhələsinə nəzarəti təmin edin müasir rəqəmsal sistemlərlə təchiz olunub. “Manufacturing Execution

System” proqram təminatı bütün prosesləri real vaxt rejimində nəzarətdə saxlayır və əlaqələndirir. Əlavə olaraq, dizaynın yaradılmasından istismara qədər bütün mərhələlərə nəzarət etməyə kömək edən məhsulun həyat dövrünün idarə edilməsi sistemi də istifadə edilir. Resursların logistikası və planlaşdırılması üçün “Enterprise Resource Planning” (ERP) sistemi işə salınıb, xüsusi proqram təminatı isə anbarın fəaliyyətini optimizə edir.

“Figure” gələcəkdə robotların yeni qurğuların yığılımasında daha fəal iştirak edəcəyini planlaşdırır. Bu, avtomatlaşdırma səviyyəsini

yüksəldəcək, məhsulun buraxılışını sürətləndirəcək və ümumilikdə rutin əməliyyatlarda insan əməyinə olan tələbatı azaldacaq. Şirkət artıq “Figure 02” prototipindən daha əlçatan və genişmiqyaslı olacaq “Figure 03" seriya modelinə keçid edir.

Yeni robotun konstruksiyası sadələşdirilib, detalların sayı minimuma endirilib və yığılma prosesi optimizə edilib. Ənənəvi “CNC”

(rəqəmsal proqramla idarə olunan) dəzgahlarda emal əvəzinə daha sürətli və qənaətli metodlar olan tökmə qəlibləmə, ştamplama və metal emalından istifadə olunacaq. Bu yanaşma komponentlərin istehsal vaxtını bir neçə həftədən bir neçə saniyəyə endirir, lakin avadanlığa böyük sərmayə tələb edir.

Müəssisədə xüsusi ixtisaslaşmış briqadalar məhsulu test edir və onun davamlılığını və keyfiyyətini təhlil edirlər. İstehsal prosesinin

səmərəliliyini artırmaq üçün şirkət avtomatlaşdırma sahəsində ekspertlər dəvət edib. Onların köməyi ilə istehsal zəncirinə yeni yığılma texnologiyaları tətbiq olunub, o cümlədən mühərriklərə avtomatlaşdırılmış yağlama və akkumulyatorun test edilməsi kimi proseslər həyata keçirilir.

Bundan əlavə, “Figure” süni intellekt əsaslı “Helix” proqram kompleksini hazırlayıb. O, bütün istehsalat dövründə iştirak edən robotları

idarə edir. Bunun sayəsində ənənəvi konveyer sistemlərindən imtina edilərək detalların zavod daxilində avtomatik daşınması təmin olunur. Zamanla istehsalın daha çox mərhələsi insan müdaxiləsi olmadan həyata keçiriləcək və detallar sürətlə, minimal xərclə hazırlanacaq.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi