AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Məlum olan ən qədim qalaktikada böyük miqdarda oksigen kəşf edilib

01.04.2025 / Maraqlı məlumatlar
Son illərin müşahidələri astronomları tez-tez çıxılmaz vəziyyətə salır və erkən kainatın təkamülü ilə bağlı anlayışların səhv olduğunu sübut edir. Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində ulduzlar və qalaktikalar gözlənilmədən sürətlə inkişaf ediblər - bu isə mövcud kosmoloji modellərlə izah edilə bilmir. Bu müşahidələrə yeni bir kəşf də əlavə olunub: Kainatda indiyə qədər aşkar edilmiş ən qədim qalaktikada gözlənilmədən yüksək miqdarda oksigenin olması. JADES-GS-z14-0 qalaktikası James Webb kosmik teleskopu tərəfindən aşkar edilib. 2024-cü ilin yayına qədər bu kəşf spektral məlumatlar əsasında təsdiqlənib. Məlum olub ki, bu gözlənilməz böyük və parlaq obyekt Böyük partlayışdan cəmi 290 milyon il sonra müşahidə olunub.
Bu fakt özü-özlüyündə təəccüb doğurur, çünki müasir modellər ulduzların və qalaktikaların bu qədər sürətli inkişafını nəzərdə tutmur. Aydındır ki, Yer elmi kainatın təkamülünü qiymətləndirərkən hansısa vacib məqamı nəzərdən qaçırır. JADES-GS-z14-0 qalaktikası alimlər arasında artan marağa səbəb olmaya bilməzdi - tədqiqatçılar bunu uşaq bağçasında bir yeniyetmənin aşkar olunması ilə müqayisə edirlər. Bu “böyümüş qalaktikanın” kimyəvi tərkibini daha dərindən araşdırmaq üçün Çilidə yerləşən Atacama Large Millimeter/submillimeter Array (ALMA) radioteleskopundan istifadə olunub. Radiodalğa diapazonunda aparılan müşahidələr, soyuq atomların şüalanma spektrlərini tutmağa imkan verir. Bu, infraqırmızı və görünən işıq diapazonlarından fərqlidir, çünki sonuncular daha yüksək enerji səviyyələrini qeydə alır.
JADES-GS-z14-0 qalaktikasından alınan siqnallar tədqiqatçıları heyrətə salıb. Oradakı molekulyar oksigen səviyyəsi, ulduzların təkamül modellərində nəzərdə tutulan həddi 10 dəfə üstələyib. Oksigen, hidrogen və heliumdan daha ağır olan digər elementlər, ulduzların daxilində nüvə sintezi nəticəsində yaranır. Bu elementlər ulduzların ömrünün sonunda, supernova partlayışları zamanı ulduzlararası fəzaya yayılır. Başqa sözlə desək, bu, çox yavaş gedən bir prosesdir. Buna görə də Böyük partlayışdan cəmi 290 milyon il sonra JADES-GS-z14-0 qalaktikasında müşahidə olunan bu qədər yüksək oksigen səviyyəsi elm üçün hələ də cavabsız qalan bir sirrdir. Bu sirri aydınlaşdırmaq üçün yeni və genişmiqyaslı müşahidələrə ehtiyac olacaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi