AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir

01.04.2025 / Maraqlı məlumatlar
Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir. Melburn Universitetinin hidroloq professoru Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının - o cümlədən torpaq, çay və göllərdəki suyun - əksəriyyəti artıq tükənmiş vəziyyətdədir. Alimlər əvvəlcə bunun “modeldəki səhv” olduğunu düşünsələr də, bunun araşdırılması 1 il çəkdi və heç bir səhv aşkar olunmadı. Yeni araşdırmada alimlər təsdiqləyiblər ki, qlobal istiləşmə torpaq, göllər, çaylar, qar və digər su anbarlarında saxlanılan su ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb.
Komanda hesab edir ki, bu, kənd təsərrüfatı və dünya okeanının səviyyəsinin qalxması baxımından geri dönməz nəticələrə səbəb ola bilər. Bundan əlavə, alimlər qurudan okeana su ehtiyatlarının kütləvi şəkildə daşınmasının kənd təsərrüfatı üçün xüsusilə təhlükəli olduğunu bildirirlər. Məlumatlar göstərir ki, son təxminən 20 il ərzində Yer torpağındakı nəmişlik 2000 giqatondan çox azalıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici Qrenlandiyanın 2002-2006-cı illər arasında itirdiyi buz miqdarının iki qatıdır. Eyni zamanda, 10 ildə bir dəfə baş verən kənd təsərrüfatı və ekoloji quraqlıqların tezliyi artıb, dünya okeanının səviyyəsi qalxıb və Yer kürəsinin qütbü yerini dəyişib.
Ryu və həmkarları tədqiqatlarında 3 mənbədən əldə olunmuş məlumatlardan istifadə ediblər - bu geniş məlumat bazası fermerlərin üzləşdiyi “torpaqla bağlı daha dərin həqiqətləri” ortaya çıxarıb. Burada söhbət kəskin hava dəyişikliyindən gedir: Güclü quraqlıqdan sonra fermerlər selə səbəb olan kəskin yağıntı ilə üzləşirlər. Təəssüf ki, bu o demək deyil ki, yeraltı su ehtiyatları bərpa olunub. Tədqiqatın müəllifləri hesab edirlər ki, planetimizin torpaqları artıq elastikliyini itirib və indi sürətlə bərpa olmaq qabiliyyətinə malik deyillər. Daha da pisi odur ki, alimlər bu elastikliyin geri qayıdacağına əmin deyillər - bu, insanların iqlim dəyişikliyinin qarşısını almaq üçün hansı addımlar atacağından və su istifadə tərzini dəyişib-dəyişməyəcəyindən asılı olacaq.
Reallıq budur ki, artan istilik stresi bitkilərin daha çox suya ehtiyac duymasına səbəb olur - nəticə etibarilə alimlər hesab edirlər ki, su çatışmazlığından ən çox kənd təsərrüfatı, xüsusilə də suvarılan əkinçilik təsirlənəcək. Arizona Universitetinin ətraf mühit elmləri üzrə professoru Katharine Jacobs-un sözlərinə görə, Yer üzündə daha əvvəl baş vermiş və gələcəkdə də baş verməsi ehtimal olunan uzunmüddətli iqlim dəyişiklikləri mövcuddur. Onlardan bəziləri yuxarıda təsvir olunan tendensiyanı geriyə döndərə bilər, lakin alimlər hesab edirlər ki, bu, bizim həyatımız dövründə baş verməyəcək. Tədqiqat həmçinin Yer kürəsinin fırlanmasında baş verən kiçik dalğalanmaların izahını da təsdiqləyir - bu dəyişikliklər planetin nəmişlik səviyyəsinin dəyişməsi ilə əlaqəlidir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi