AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çinlilər insanabənzər robotlar sahəsində Tesla və Boston Dynamics-i geridə qoymağa hazırdırlar

28.03.2025 / Maraqlı məlumatlar
ABŞ-da Tesla və Cənubi Koreyalı investor tapan Boston Dynamics startapı insanabənzər robotlar bazarının potensial liderləri hesab olunurlar. Lakin Çin şirkətləri sürətlə qlobal lider statusuna yaxınlaşır və analitiklərin fikrincə, elektrikli avtomobil bazarındakı uğuru insanabənzər robotlar seqmentində də təkrarlamaq üçün bütün imkanlara malikdirlər. Bu barədə CNBC nəşri ekspert şərhlərinə istinad edir. SemiAnalysis nümayəndələrinin fikrincə, Çin şirkətləri insanabənzər robotların hazırlanması və istehsalı sahəsində belə böyükmiqyaslı uğur əldə etsə, bunun qlobal əmək bazarına təsiri nəhəng ola bilər. Çin istehsalçıları biznes miqyası hesabına xərcləri azalda bilirlər, bu isə xarici rəqiblərin onları bu sahədə üstələmək imkanlarını xeyli məhdudlaşdırır.
Morgan Stanley-nin hesablamalarına görə, insanabənzər bir robotun istehsal maya dəyəri funksional imkanlar və texniki tələblərdən asılı olaraq hazırda 10 000$-dan 300 000$-a qədər dəyişir. Hələ ötən ilin may ayında Çin şirkəti Unitree insanabənzər robotları 16 000$-a təklif etməyə başlamışdı. Morgan Stanley mütəxəssisləri isə Tesla Optimus-un pərakəndə satış qiymətini 20 000$ səviyyəsində qiymətləndirir və bu rəqəmi birbaşa Elon Musk-ın özü də təklif etmişdi. Lakin ekspertlərin fikrincə, Tesla Çin komponent bazasına çıxış olmadan öz insanabənzər robotunun qiymətini bu səviyyədə saxlaya bilməyəcək. Son 5 il ərzində Çinli tərtibatçılar insanabənzər sözünü ehtiva edən 5688 patent qeydiyyatdan keçirib, ABŞ şirkətləri isə cəmi 1483 patentlə kifayətlənib.
Çin avtomobil istehsalçıları insanabənzər robotlar bazarına fəal şəkildə daxil olurlar. Bu sahədə ambisiyalarını artıq Xiaomi, BYD, Chery və XPeng bəyan ediblər. Bundan əlavə, Çində bu sahəyə yönəlmiş çoxsaylı ixtisaslaşmış startaplar da mövcuddur. Morgan Stanley analitiklərinin izahına görə, Çin şirkətlərinə bu sahədə dövlətin də dəstəyi böyük üstünlük verir. Yaxın 3-4 il ərzində insanabənzər robotlar istehsalat sahəsində daha fəal şəkildə istifadə olunmağa başlayacaq, çünki belə mühitlərdə vahid və əvvəlcədən proqnozlaşdırıla bilən şərait yaratmaq daha asandır. Daha sonra bu robotlar məişət və xidmət sahələrinə də daxil olacaqlar. Elə Elon Musk özü də bu il ərzində Optimus robotlarına Tesla müəssisələrində bir sıra əməliyyatları həvalə etməyi planlaşdırır və söhbət minlərlə ədəd robotdan gedir.
Çin avtomobil istehsalçıları da insanabənzər robotları artıq öz müəssisələrində test etməyə başlayıblar. Çin robot istehsalında istifadə olunan komponentlərin təxminən 70%-ni özü təmin etdiyinə görə, istehsal miqyasının sürətlə artması məhsulun maya dəyərini də kəskin şəkildə azaldacaq. Məsələn, Unitree G1 ümumiyyətlə ABŞ mənşəli heç bir komponent istifadə etmir. ABŞ istehsalçıları üçün bu səviyyədə suverenlik hələ ki, əlçatmaz bir hədəfdir. Bank of America proqnozlarına görə, 2030-cu ilə qədər hər il dünyada 1 milyon insanabənzər robot satılacaq və 2060-cı ilə qədər bu tip robotların istismarda olan sayı 3 milyard ədədə çatacaq.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi