AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Beynin qısamüddətli yenidən aktivləşməsi yaddaşı gücləndirir

01.04.2025 / Maraqlı məlumatlar

Pensilvaniya Universitetinin tədqiqatçıları beynin yaddaşın konsolidasiyası prosesində oyaqlıq zamanı da aktiv rol oynadığını müəyyən ediblər.

“MedicalXpress” xəbər verir ki, nevrologiya və psixologiya sahəsində aparılan əvvəlki tədqiqatlar yaddaşın gücləndirilməsi prosesinin əsasən yuxu və istirahət zamanı baş verdiyini göstərirdi. Lakin “Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma beynin oyaq vaxtlarında da qısa müddətli yenidən aktivləşmə vasitəsilə yaddaşı möhkəmləndirdiyini ortaya qoyur.

Tədqiqatçılar epilepsiya diaqnozu qoyulmuş xəstələrin yaddaş tapşırıqları yerinə yetirərkən kəllədaxili elektroensefaloqrafiya (EEG) vasitəsilə beyin fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, insan beynində spesifik stimullar kodlaşdırma prosesindən sonra yenidən aktivləşir və bu, yaddaşın daha uzun müddət qorunmasına kömək edir.

Tapıntılara əsasən, beyin müəyyən hadisələri yadda saxlamaq üçün onları istirahət və yuxu zamanı olduğu kimi, oyaqlıq vaxtlarında da təkrar aktivləşdirir. Kodlaşdırma arasındakı qısa fasilələrdə beynin spontan yenidən aktivləşməsi yaddaşın gücləndirilməsinə və daha dəqiq xatırlamağa imkan yaradır. Bu proses yuxu zamanı baş verən yaddaş konsolidasiyasına bənzəsə də fərqli xüsusiyyətlərə malik ola bilər. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə tələbələr və yaddaş pozğunluğu olan insanlar üçün yaddaşı gücləndirən yeni metodların hazırlanmasına kömək edə bilər. Hazırda bu proseslərin insanın qavrayış sisteminə necə təsir etdiyi və yaddaşın uzunmüddətli inkişafında hansı rol oynadığı daha dərindən araşdırılır.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi