AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bill Gates, Microsoft-u süni zəka şirkətinə çevirmək istərdi

02.04.2025 / Maraqlı məlumatlar
Microsoft-un həmtəsisçisi Bill Gates proqram təminatı sahəsində 50 illik fəaliyyətdən sonra bu nəhəng şirkətin OpenAI və Google ilə rəqabəti necə aparmalı olduğu barədə fikirlərini bölüşüb. Əgər zaman səyahəti mümkün olsaydı, milyarder bir neçə il əvvələ qayıdıb Microsoft-u süni zəkaya  yönəlmiş bir şirkətə çevirmək istərdi. Microsoft-u bütün dövrlərin ən uğurlu şirkətlərindən biri adlandırmaq olar. Bunun sübutu olaraq, bir neçə müddət öncə proqram təminatı nəhəngi bazar dəyərinə görə Apple və NVIDIA-nı geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrildi. Bu uğura isə əsasən bulud xidmətləri və şübhəsiz ki, süni zəka sahəsində əldə olunan nailiyyətlər səbəb olub.
     
Görünən odur ki, Gates bu il Microsoft-un 50 illiyi ilə əlaqədar olaraq şirkətin gələcək inkişaf yolları barədə öz fikirlərini bölüşüb. O hətta ehtimal edib ki, Microsoft-u yenidən - süni zəka sahəsində çalışan bir şirkət kimi qura bilərdi ki, bazarda OpenAI və Google-a qarşı rəqabət aparsın. Milyarder bu cür fikirləri daha əvvəl də dilə gətirmişdi. “Bu gün sadəcə bir neçə eskiz ideyası olan bir nəfər süni zəka yaratmaq üçün yeni şirkət quraraq milyardlarla dollar toplaya bilər” - deyə Gates ötən il CNBC jurnalistləri ilə söhbəti zamanı bildirib. Bill Gates etiraf edib ki, yeni süni zəka şirkətinin qurulması üçün böyük məbləğdə vəsait tələb olunur, lakin belə bir şirkətin artıq 2 ildir süni zəka sahəsinin lideri olan OpenAI səviyyəsinə çatması mümkündür.
     
Maraqlıdır ki, Gates süni zəka sahəsində konkret ehtiyacları qarşılamaq üçün unikal bir bazar payına  sahib olmaq istəyir. Bu yanaşma, ümumi süni zəka (AGI) yaratmağa yönəlmiş və davamlı olaraq ortaya çıxan bir çox yeni startaplardan fərqlənir. Süni zəkanın böyük perspektivlər açmasına baxmayaraq, Gates əmindir ki, Microsoft-un uğurunu eyni miqyasda təkrarlamaq demək olar ki, mümkün deyil.
   
O əlavə edib ki, süni zəka yeni başlayan startaplar üçün imkanlar yaradır, lakin uğur qazanmaq üçün onlar bazar mənzərəsini öyrənməli və öz bazar mövqelərini müəyyənləşdirməlidirlər. Milyarder hesab edir ki, Microsoft-un uğuru qismən onun proqram təminatının inkişafına olan inamı ilə bağlı idi, lakin süni zəka sahəsində eyni nəticəni əldə edə biləcəyinə şübhə edir. “Sadəcə süni zəkaya inanmaq o qədər də unikal deyil. Ona görə də mənə süni zəka sistemlərini necə hazırlamaqla bağlı başqalarının anlamadığı, xüsusi bir baxış formalaşdırmaq lazım olacaq” - deyə Gates bildirib.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi