AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni İntellekt tibbi diaqnostikada səhvləri azaldacaq

02.04.2025 / Maraqlı məlumatlar
Harvard Tibb Məktəbi və ona bağlı xəstəxanaların tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma açıq mənbəli süni intellektin (AI) mürəkkəb tibbi hallarda qapalı mənbəli modellərlə rəqabət apara biləcəyini göstərib.
 
“MedicalXpress” portalına xəbər verir ki, NIH tərəfindən maliyyələşdirilən və “JAMA Health Forum” jurnalında dərc olunan tədqiqatda Llama 3.1 405B adlı açıq mənbəli modelin GPT-4 səviyyəsində performans göstərdiyi bildirilib.

Tədqiqatda “The New England Journal of Medicine” jurnalından götürülmüş 92 çətin klinik hadisə üzərində AI modelləri sınaqdan keçirilib. Llama 3.1 70 faiz hallarda düzgün diaqnoz qoyaraq GPT-4-ü (64 faiz) üstələyib. Xüsusilə, sonradan əlavə edilən 22 yeni hadisədə açıq mənbəli model daha yüksək dəqiqlik nümayiş etdirib (73 faiz).

Açıq mənbəli süni intellektin üstünlükləri arasında məlumat məxfiliyinin qorunması, xəstəxana sistemlərinə yerli inteqrasiya imkanları və fərdiləşdirilə bilən AI alqoritmləri yer alır. Qapalı modellər isə daha asan inteqrasiya və davamlı texniki dəstək təklif edir.

Tədqiqatçılar bildirirlər ki, AI modelləri diaqnostik səhvləri azaltmağa və səhiyyə sistemində səmərəliliyi artırmağa kömək edə bilər. ABŞ-da hər il 795 min xəstə diaqnostik səhvlər səbəbilə ölür və ya əlilliklə üzləşir. Bu kontekstdə açıq mənbəli AI modelləri xəstəxanalar və həkimlər üçün daha sərfəli və effektiv alternativ kimi qiymətləndirilir.

AzVision.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi