AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır

03.04.2025 / Maraqlı məlumatlar
OpenAI-nin süni zəkaya əsaslanan çat-botu ChatGPT hələ də bu tip xidmətlər arasında dünyada ən məşhuru olaraq qalır. Lakin SimilarWeb və Sensor Tower kimi analitik şirkətlərin statistikalarına görə, rəqib platformalar da sürətlə istifadəçi bazasını genişləndirirlər. SimilarWeb, veb saytların, o cümlədən çat-botların veb versiyalarının trafikinə dair analizlərdə ixtisaslaşıb və şirkətin məlumatına görə, mart ayının yekunlarına əsasən Google-un Gemini servisi fevral ayı ilə müqayisədə auditoriyasını 7.4% artıraraq gündəlik 10.9 milyon istifadəçiyə çatdırıb. Microsoft Copilot 1 ay ərzində auditoriyasını 2.1 milyon nəfər artıraraq 2.4 milyona çatdırıb. Anthropic Claude mart ayında 3.3 milyon istifadəçi ilə nəticə göstərib.
Çin şirkəti DeepSeek-in çat-botu gündəlik 16.5 milyon istifadəçi həddini keçib - xAI Grok da eyni nəticə göstərib. Mart ayının sonunda ChatGPT-nin gündəlik istifadəçi sayı 500 milyon nəfərə çatıb. OpenAI platforması hələ də böyük fərqlə liderliyini qoruyur, lakin ikinci yer uğrunda ciddi mübarizə gedir. Mart ayının yekunlarına əsasən ikinci yerə yüksələn DeepSeek, fevral ayı ilə müqayisədə auditoriyasının 25%-ni itirib. Əvəzində xAI Grok əvvəlki ayla müqayisədə təxminən 800% artım göstərib və SimilarWeb bildirib ki, bu, reytinqdə ən böyük müsbət dinamika olub. Çat-botların mobil tətbiqlərindəki istifadəçi aktivliyi süni zəkanın yeni modellərinin təqdimatı ilə əlaqələndirilir.
Sensor Tower statistikasına görə, Anthropic şirkəti Claude 3.7 Sonnet modelini təqdim etdikdən sonra, 24 fevralda başlayan həftə ərzində Claude tətbiqinin auditoriyası 21% artıb. 2 həftə əvvəl isə, Google Gemini 2.0 Flash təqdim olunandan sonra Gemini tətbiqinin auditoriyası bir həftədə 42% artım göstərib. Yenilənmiş modellərlə yanaşı, istifadəçilər xidmətlərdə təqdim edilən yeni funksiyalara da maraq göstərirlər: Məsələn, Gemini-də proqram kodunun işə salınmasına imkan verən Canvas funksiyası və ya Anthropic-in daim əlavə etdiyi Claude-un yeni imkanları. Lakin bu sahədə OpenAI üçün narahatlıq doğuracaq bir vəziyyət hələlik yoxdur. Mart ayına olan məlumata əsasən, ChatGPT-nin mobil tətbiqinin aktiv istifadəçi sayı Gemini və Claude tətbiqlərinin birlikdə olan auditoriyasını on dəfələrlə üstələyib.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi