Azərbaycan Memarlıq və İnşaat Universitetində seminar keçiriıldi
08.01.2019 / Xəbərlər8 yanvar 2019-cu il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Hasilatda və qazmada nanotexnologiyalar” mövzusunda seminar keçirildi. Seminarı giriş sözü ilə AzMİU-nun rektoru, memarllıq doktoru, əməkdar memar professor G. Məmmədova açdı. Seminarda 3.7 saylı “Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının rəhbəri, professor t.e.d., E. Şahbazov “Neftçıxarmada və qazmada nanotexnologiyalar” adlı məruzə ilə çıxış etdi. Həmçinin “Neftqazelmitədqiqatlayihə” institutunun professoru, t.e.d. E. Kazımov “Qazmada nanotexnologiyalar” mövzusunda məruzə etdi.
Məruzədən sonra professor Eldar Şahbazov, ona verilən sualları cavablandırdı və sonda seminar müsbət qiymətləndirildi.