AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ABŞ-da dünyanın ən balaca uçan robotu hazırlanıb

03.04.2025 / Maraqlı məlumatlar

Robototexnikanın miniatürləşdirilməsı texnoloji inkişafla məhdudlaşır. Avtonom robot enerji mənbəyi, idarəedici elektronika və hərəkətverici mexanizmlərlə təchiz olunmalıdır ki, bunlar da birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir. Uçan platformalar halında isə bu məsələ qat-qat çətinləşir. ABŞ-dan olan alimlər bu problemin həllini tapıblar. Onlar enerji və idarəetmə sistemlərini platformanın xaricinə çıxararaq dünyanın ən kiçik sərbəst uça bilən robotunu yaradıblar. Gələcəkdə belə miniatür robotlar bitkilərin tozlandırılması üçün həşəratların yerini tuta və ya iri platformaların çata bilmədikləri çətin yerlərdə yoxlamalar apara bilərlər.

Kaliforniya Universitetinin Berkli kampusundan olan alimlərin bu barədə Science Advances jurnalında yayımlanan tədqiqatı bu istiqamətdə atılmış ilk addım olub. Uçan robotdan mühərrikləri, enerji mənbələrini, akkumulyatorları və idarəedici elektronikaları çıxarmaq ideyası diametri 9.4 mm və çəkisi 21 mq olan balaca qurğunun yaradılmasına səbəb olub. Bu, ulduz və ya hiroskopa bənzər çıxıntısı olan kiçik bir propellerdir. Qurğunun yuxarı hissəsində qalınlığı 0.5 mm və diametri 1 mm olan iki daimi maqnit yerləşdirilib. Xarici elektromaqnit sahəsinin təsiri maqnitlərin müəyyən tezliklə və düzgün istiqamətdə fırlanmasına səbəb olur. Bu fırlanma qaldırıcı qüvvə yaradır və ona uzaq məsafədən nəzarət etmək mümkündür.

Arıya bənzər ölçüdə olan bu robot havaya qalxa, havada sabit qala və bütün istiqamətlərdə hərəkət edə bilir - laboratoriya masasının səthinə heç bir fiziki bağlantısı olmadan. Robotun uçuşun sabitləşdirilməsi və məkan daxilində yönləndirilməsi üçün sensorlarla təchiz edilməsi onun idarəolunmasını artıracaq və gələcəkdə praktiki istifadəyə imkan verəcək. Hətta bu gün belə, müəyyən dəqiqliklə bu mümkündür. İş sahəsinin kənarlarında yerləşdirilmiş güclü elektromaqnitlər bu cür robotların müəyyən hündürlükdə və istənilən istiqamətdə hərəkət etmələrini təmin edə bilər. Lakin alimlər hələ də real praktik dəyərə malik robotlaşdırılmış həşəratların yaradılması yolunun başlanğıcındadırlar. Bu yol hələ qabaqdadır - və asan olmayacaq.

nmincom.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi