AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Okean axınları külək turbinlərindən 2,5 dəfə çox elektrik enerjisi hasil edə bilər

04.04.2025 / Maraqlı məlumatlar

Tədqiqatçılar qrupu 30 il ərzində toplanmış 43 milyon məlumat nöqtəsini təhlil edərək, okeanlarda enerjisi istehsalı ən böyük potensiala malik əraziləri müəyyən edib.

“Interesting Engineering” xəbər verir ki, dünya qazıntı yanacağından imtina etməyə çalışdıqca alternativ enerji mənbələrinə tələbat getdikcə artır. Lakin, Günəş və külək enerjisi dəyişkənlik problemləri ilə üzləşir: Günəş və külək olmasa istehsal dayanır.

Bunun əksinə, okean axınları yüksək sabitliyə malikdir və etibarlı bərpaolunan enerji mənbəyinə çevrilə bilər. Florida Atlantik Universitetinin (FAU) tədqiqatçıları dəniz axınlarının harada daha effektiv istifadə oluna biləcəyini müəyyən etmək üçün bu günə qədər ən böyük analiz aparıblar.

Milli Okean və Atmosfer Tədqiqatlar İdarəsinin (NOAA) Qlobal Dreyf Proqramı çərçivəsində alimlər 1250 peyk siqnal nişanlarından istifadə edərək 1988-ci ildən 2021-ci ilə qədər toplanmış məlumatları emal ediblər.

Onlar dörd regionda: Cənub-Şərqi Asiya, Cənubi Afrika, Braziliya, Fransız Qvianası və ABŞ-ın cənub-şərqində okean axınlarını tədqiq ediblər. Nəticədə okean axınlarının enerji potensialına dair bu günə qədər ən əhatəli hesabat tərtib edilib.

Məlum olub ki, Florida ştatının şərq sahilləri və Cənubi Afrika sahilləri yaxınlığındakı ərazi ən yüksək enerji sıxlığına malikdir - hər kvadrat metrə təxminən 2500 vatt. Bu, külək elektrik stansiyaları üçün əla resurs hesab ediləndən 2,5 dəfə yüksəkdir.

Florida və Cənubi Afrika liderlik edərkən, tədqiqatçılar digər perspektivli sahələri də müəyyən ediblər. Məsələn, ABŞ-ın şərq sahillərində, Şimali Karolinaya qədər, eləcə də Somali, Tanzaniya, Keniya, Madaqaskar və Cənubi Afrika sahillərində əhəmiyyətli güc (2000 Vt/m2-dən çox) müşahidə olunub.

Ümumilikdə, yüksək enerji sıxlığı olan ərazilər okean akvatoriyasının təxminən 490 min kvadrat kilometrini əhatə edir. Tədqiqat həmçinin, mövsümi dəyişiklikləri də aşkar edib: yay aylarında dayaz su ərazilərində güc səviyyəsi daha yüksəkdir.

Böyük potensialına baxmayaraq, okean axınlarının istifadə edilməsi texnologiyası geniş miqyasda həyata keçirilməsi üçün mürəkkəb və bahalı olaraq qalır. Bundan əlavə, mümkün ekoloji nəticələri nəzərə almaq lazımdır: dəniz faunasına təsir, avadanlıqların bioloji orqanizmlərlə çirklənməsi və elektromaqnit maneələr.

Lakin, tədqiqatçılar əmindirlər ki, okean enerjisi gələcəkdə bəşəriyyəti sabit və ekoloji cəhətdən təmiz enerji ilə təmin edərək qlobal enerji balansının mühüm hissəsinə çevrilə bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi