AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka botları Wikipedia üçün ciddi problemlər yaradırlar

04.04.2025 / Maraqlı məlumatlar
Wikipedia süni zəkanın sürətli inkişafı səbəbindən zərər görür - onlayn ensiklopediya, süni zəka modellərinin öyrədilməsində onun məqalələrini kopyalayan botlar səbəbilə artan xərclərlə üzləşib. Bu, resursların boş yerə sərf olunmasına və saytın trafikinin, eyni zamanda yükünün dəfələrlə artmasına səbəb olur. Yalnız son 3 ay ərzində süni zəka botları tərəfindən yaradılmış trafik 50% artıb. Wikimedia Fondu (Wikipedia-nı idarə edən qeyri-kommersiya təşkilatı) bildirib ki, “kontentimizə avtomatlaşdırılmış sorğular həndəsi silsilə ilə artır”. Fondun məlumatına görə, 2024-cü ilin yanvar ayından etibarən multimedia məzmununun yüklənməsi üçün istifadə olunan ötürmə qabiliyyəti 50% artıb.
Lakin bu trafik real insanlardan deyil, daima açıq lisenziyalı şəkilləri yükləyib onları süni zəka modellərinə ötürən avtomatlaşdırılmış proqramlardan gəlir. “İnfrastrukturumuz yüksək maraq doğuran hadisələr zamanı insanların yaratdıqları qəfil trafik artımına tab gətirmək üçün qurulub, lakin botların yaratdıqları trafik həcmi misilsizdir və artan risklər və xərclərlə nəticələnir” - deyə Wikipedia bəyan edib. Botlar tez-tez Wikipedia-da az tanınan və daha az oxunan məqalələrdən məlumat toplayırlar. Wikipedia mütəxəssisləri bildirirlər ki, bu cür trafikin azı 65%-i botlardan gəlir, halbuki səhifələrin ümumi baxışlarının təxminən 35%-i botlara aiddir - bu isə qeyri-proporsional dərəcədə yüksək göstəricidir.
     
Bundan əlavə, botlar Wikipedia-nın kod yoxlama platforması və səhv izləmə sistemləri kimi “proqramçı infrastrukturlarındakı əsas sistemlərə” də maraq göstərirlər ki, bu da saytın resurslarına əlavə yük yaradır. Wikipedia bəzi süni zəka botları üçün fərdi sürət məhdudiyyətləri tətbiq etməyə və ya onlara ümumiyyətlə giriş qadağası qoymağa məcbur qalıb. Lakin problemin uzunmüddətli həlli üçün fond “İnfrastrukturdan Məsuliyyətli İstifadə” adlı plan hazırlayır.
 
Bu plan çərçivəsində Wikipedia icmasından süni zəka botlarının yaratdıqları trafiki müəyyən etməyin və onlara girişi filtrasiya etməyin yolları barədə rəy toplanması nəzərdə tutulur. Sosial platforma Reddit də 2023-cü ildə oxşar problemlə üzləşmişdi. Məsələn, Microsoft Reddit-i xəbərdar etmədən onun məlumatlarını süni zəka modellərinin öyrədilməsi üçün istifadə etmişdi. Bu isə Reddit-i Microsoft botlarını bloklamağa məcbur etmişdi. Həmin hadisədən sonra Reddit öz API-na çıxış üçün üçüncü tərəf tərtibatçılardan ödəniş almağa qərar verdi. Bu qərar kütləvi şəkildə tərtibatçı etirazlarına və bir sıra məşhur Reddit forumlarının bağlanmasına səbəb oldu.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi