AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yaponiya Mars üçün eniş platforması hazırlayacaq

04.04.2025 / Maraqlı məlumatlar

Yaponiya Kosmik Agentliyi (JAXA) Marsa müxtəlif tədqiqat aparatlarını təhlükəsiz şəkildə endirmək üçün istifadə ediləcək platformaların əsas texnologiyasını inkişaf etdirməyi planlaşdırır.

“SpaceNews” xəbər verir ki, sistemin əsasını doldurulmuş qoruyucu ekranın istifadəsi təşkil edir. Bu ekran platformanın Mars atmosferində lazımi sürətə qədər yavaşlamasına və son mərhələdə mühərriklərin işə salınması ilə yumşaq enişə imkan verəcək.

Layihənin texniki detalları açıqlanmır, lakin JAXA vurğulayıb ki, bu sistem vasitəsilə Marsa kütləsi 200 kiloqrama qədər olan yüklər, məsələn, kiçik roverlər çatdırıla bilər. Hazırlanma prosesi sıfırdan başlanmır. Agentliyin mühəndis və alimləri 2024-cü ilin yanvarında Aya eniş etmiş “SLIM” modulunun göndərilməsi zamanı əldə edilən təcrübədən istifadə edirlər. Həmin eniş mühərrikin zədələnməsi səbəbindən çox da yumşaq enməsə də, ümumilikdə missiya JAXA üçün çox dəyərli məlumatlar əldə etməyə imkan verib. Agentlik yaxın gələcəkdə Marsın peyki Fobosdan torpaq nümunələri toplamaq üçün zond göndərilməsini nəzərdə tutan MMX layihəsi çərçivəsində əldə edilən təcrübəni də nəzərə alır.

Şişmə qoruyucu ekranın üstünlüyü ondadır ki, yüksək sürətlə hərəkət edən aparatların əyləclənməsi üçün mürəkkəb paraşütlərə və ağır qoruyucu qalxanlara ehtiyac qalmır. Materialşünaslıq sahəsindəki müasir nailiyyətlər sayəsində elastik materialdan hazırlanmış, lakin kifayət qədər möhkəm, yüngül və kompakt konstruksiyalar yaratmaq mümkündür.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi