AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb

07.04.2025 / Maraqlı məlumatlar
Amerikalı astrofiziklər erkən kainatda - mövcud elmi qanunlara əsasən hələ yaranmamalı olan dövrdə - superkütləli qara dəliklərin formalaşmasını izah edən bir nəzəriyyə irəli sürüblər. Onların irəli sürmüş olduqları nzəəriyyənin mərkəzində, hidrogen molekullarını parçalaya bilən və qara dəliklərin yaranması üçün uyğun şərait yaradan ultrabənövşəyi şüalanma axını dayanır. Bu şüalanmanı isə tərkibində qaranlıq maddənin mümkün namizədləri hesab olunan hipotetik, çox yüngül hissəciklər - aksionlar gücləndirir. Qara dəliklərin iki əsas tipi mövcuddur: Ulduz kütləli qara dəliklər və superkütləli qara dəliklər. Onlar ölçülərinə, yaranma üsullarına və aid olduqları qalaktikalara təsirlərinə görə fərqlənirlər.
Ulduz kütləli qara dəliklər - Günəşin kütləsindən bir neçə və ya onlarla dəfə böyük olanlar - nəhəng ulduzların çökməsi nəticəsində yaranır. Superkütləli qara dəliklər isə milyonlarla və ya milyardlarla dəfə daha böyükdürlər. Onlar adətən qalaktikaların mərkəzində yerləşirlər və kütlələrini akkresiya və birləşmələr hesabına artırırlar. Superkütləli qara dəliklərin, xüsusilə bir milyard Günəş kütləsindən artıq kütləyə malik və yüksək qırmızı yerdəyişməyə sahib olanların mənşəyi hələ də tam aydın deyil. Bu obyektlər Yerdən çox böyük məsafədə yerləşirlər və buna görə də kainatın ən erkən dövrlərində mövcud olublar. Onların formalaşmasının əsas proseslərindən biri, atom qazından ibarət soyuyan buludların birbaşa çökərək ulduza çevrilmədən qara dəliyə çevrilməsidir.
Alimlərin fikrincə, bu şəkildə təqribən 100 000 Günəş kütləsinə malik olan kütləvi qara dəliklər yaranmış ola bilər. Bu qara dəliklər sonradan böyüyərək "ağır" toxum adlanan xüsusi obyektlərə çevrilir və nəticədə milyardlarla Günəş kütləsinə qədər böyüyə bilirlər. Kornell Universitetinin alimləri ehtimal edirlər ki, qaranlıq maddə elektromaqnit sahəsi ilə xüsusi topoloji qarşılıqlı təsirlər vasitəsilə əlaqəyə girən çox yüngül aksion hissəciklərindən ibarətdir. Bu qarşılıqlı təsirlər riyazi olaraq Çern-Saymons nəzəriyyəsi ilə izah olunur. Qaranlıq maddənin halosu daxilində aksion sahəsinin dalğalanmaları infraqırmızı fotonları gücləndirə bilər - bu, aksion sahəsindən fotonlara enerji ötürülməsi (parametrik rezonans) nəticəsində baş verir.
Bu proses həmçinin ultrabənövşəyi şüalanmanın yayılmasına da səbəb ola bilər - ya optik baxımdan qalın halolarda istilik enerjisinin tarazlığa çatması hesabına, ya da rezonans prosesi zamanı güclü foton kaskadının yaranması nəticəsində. Araşdırma göstərib ki, aksion tərkibli qaranlıq maddə parametrik rezonans prosesi vasitəsilə birbaşa qara dəlik kollapsı üçün kifayət qədər ultrabənövşəyi fotonlar yarada bilər. Bu isə kainatın ən erkən dövrlərində qara dəliklərin ulduz işığına və ya ulduz təkamülünə ehtiyac olmadan formalaşa biləcəyini göstərir və yüksək qırmızı yerdəyişmə göstəricilərinə malik superkütləli qara dəliklərin mövcudluğunu izah edə bilər. Alimlərin təsvir etdikləri bu mexanizm bir neçə müasir nəzəriyyə ilə, o cümlədən standart kosmoloji model və bəzi sim nəzəriyyəsi elementləri ilə uyğunluq təşkil edir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi