AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilir

07.04.2025 / Maraqlı məlumatlar

Dövlət İmtahan Mərkəzi 6 aprel 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı  keçirir.

Dövlət qulluğuna qəbul imtahanı

Bu imtahanda iştirak etmək üçün 1636 nəfər qeydiyyatdan keçib. İmtahan  Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla iki növbədə təşkil olunur. İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 1517 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 49 nəfər, BB3 altqrupu üzrə 116 nəfər, BB4 altqrupu üzrə 175 nəfər olmaqla, ümumilikdə 366 namizəd uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Bu gün həmçinin Bakı və Naxçıvan şhərlərində inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilir. İmtahanda iştirak etmək üçün 128 namizəd qeydiyyatdan keçib. İmtahan saat 16:00-da başlanır.

İmtahanda 124 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 4 nəfər, BA1 altqrupu üzrə 1 nəfər, BA2 altqrupu üzrə 4 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 6 nəfər, BB1 altqrupu üzrə 31 nəfər, BB2 altqrupu üzrə 24 nəfər, BB3 altqrupu üzrə 14 nəfər, BB4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 107 namizəd uğur qazanıb.

Qeyd edək ki, imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7‑9 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

dim.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi