AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ayın səthindən gətirilən materiallardan günəş batareyaları hazırlanıb

07.04.2025 / Maraqlı məlumatlar

İtaliya və Almaniya tədqiqatçıları sırf Ayın səthində tapılan materiallardan perovskit əsaslı günəş batareyaları hazırlayıblar. Alimlərin “Device” jurnalında dərc olunan məqaləsində qeyd olunur ki, bu, gələcək Ay bazalarını və koloniyalarını Yerdən minimal material ehtiyatı əsasında bərpaolunan enerji ilə təchiz etməyə imkan verəcək.

Tədqiqatçılar qeyd ediblər: “Günəş panellərində yerüstü komponentlərin kütləsini 99 faiz azaltmaqla onların enerjisinin 30 faizini elektrik enerjisinə çevirən yüksəksəmərəli panellərə ehtiyacımız olmayacaq. Bunun əvəzinə həmin materiallardan Ayda bir neçə əlavə günəş paneli qura bilərik. Bundan əlavə, panellərimiz radiasiyaya davamlıdır”.

Alimlər bildiriblər ki, kosmik gəmilərin əksəriyyəti özlərini enerji ilə təmin etmək üçün qallium, indium, arsen və digər qeyri-üzvi metallar və yarımkeçiricilər əsasında yüksəksəmərəli günəş panellərindən istifadə edirlər. Onlar günəş enerjisinin təxminən üçdəbirini elektrik enerjisinə çevirməyə qadirdir, lakin radiasiyanın təsiri altında tez sıradan çıxır. Həmçinin bu panellər böyük kütləyə malikdir ki, bu da onların orbitə çıxarılması xərclərini xeyli artırır. Bu problemlər Ayda koloniya qurmaq perspektivlərinə mənfi təsir göstərir, çünki bir kiloqram faydalı yükün onun orbitinə və ya səthinə çatdırılmasının dəyəri bir milyon avroya yaxındır. İtalyan və alman tədqiqatçıları perovskit əsaslı günəş batareyalarının birbaşa Ayın səthindən gətirilən materiallar əsasında istehsal etməsinə imkan verən texnologiya bu problemi həll edir.

Fotoelementlər Yerdən gətirilən, işıquducu material olan perovskitin nazik təbəqələridir və “Ay şüşəsi” adlanan təbəqələrin içərisində yerləşdirilir. O, Yerin təbii peykində anortozit mineralının səthə yaxın yataqlardan hazırlana bilən şəffaf materialdır. Alimlərin apardığı təcrübələrin göstərdiyi kimi, iki millimetr qalınlığında olan “Ay şüşəsi” təbəqələri perovskitləri radiasiyanın təsirindən qoruyur və eyni zamanda, onların günəş enerjisini udmasına mane olmur.

Belə panellər günəş enerjisinin təxminən 10-23 faizini elektrik enerjisinə çevirəcək və onların kütləsinin 99,4 faizini Ayda istehsal olunan materiallar təşkil edəcək. Alimlər qeyd edirlər ki, bu, Yerdən gətirilən elektrik enerjisi istehsal sistemlərinin kütləsini təxminən 100 dəfə azaltmağa imkan verəcək, eyni zamanda, infrastrukturun qurulması xərclərini bir neçə dəfə azaldacaq və 200 və ya daha çox nəfərdən ibarət ekipajı olan böyük Ay bazalarının sürətlə tikintisinə imkan verəcək.

azertag.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi