AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni araşdırma iqlim dəyişikliyinin fəsadlarını daha yaxşı anlamağa imkan yaradır

05.04.2025 / Maraqlı məlumatlar

Frankfurt Höte Universitetinin geoloqu Dominik Şmittin rəhbərlik etdiyi bir qrup tədqiqatçı Beliz sahillərində yerləşən Böyük Mavi Dəliyin dibindən götürülmüş çöküntü nüvələrini analiz edərək son 5700 ildə tropik siklonların tezliyində əhəmiyyətli bir artımın baş verdiyini müəyyənləşdirib.

“sciencealert.com” saytı xəbər verir ki, komanda 124 metr dərinlikdə yerləşən Böyük Mavi Dəliyin dibindən 30 metrlik çöküntü nüvəsi çıxarıb və bu nümunə üzərində apardıqları təhlil nəticəsində 694 fərqli təbəqə aşkarlayıblar. Bu təbəqələr Karib dənizinin cənub-qərbində fırtınaların tezliyinin artdığını göstərən bir göstərici kimi qiymətləndirilib.

Tədqiqatın nəticələrinə əsasən, son 5700 ildə tropik siklonların sayı tədricən artıb. Bu artım, əsasən, İntertropik Konvergensiya Zonasında baş verən dəyişikliklərlə əlaqələndirilib. Həmçinin son 20 ildə tropik siklonların tezliyi daha da yüksəlib və təbii iqlim dəyişkənliyini üstələyən bir tendensiya nümayiş etdirib. Bundan başqa, 21-ci əsrə dair proqnozlar göstərir ki, sənaye dövrünün təsiri ilə siklon tezliyi görünməmiş dərəcədə artacaq. Böyük Mavi Dəlik əslində minilliklər əvvəl yeraltı əhəngdaşı mağarası olub. Lakin son buzlaq dövründə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində onun tavanı çökərək indiki sualtı formaya çevrilib. Dəniz dibindəki oksigensiz mühit və sabit çöküntü şəraiti sayəsində burada toplanan materiallar uzun müddət toxunulmaz qalıb. Bu xüsusiyyət onu iqlim tarixi üçün nadir bir arxiv halına gətirir.

D.Şmittin sözlərinə görə, çöküntü təbəqələri ağac halqaları kimi müəyyən bir ardıcıllıqla formalaşır. Daha iri və fərqli rəngdə olan təbəqələr siklonların gətirdiyi materialları göstərir. Tədqiqatçılar bu təbəqələrin sıxlığını və xarakterini analiz edərək iqlim dəyişikliyinin siklon tezliyinə təsirini qiymətləndiriblər. Araşdırma göstərir ki, tropik siklonların yaranma tezliyi iqlim dəyişikliyi ilə birbaşa əlaqəlidir. Frankfurt Höte Universitetinin biosedimentoloqu Eberhard Qişlerin hesablamalarına görə, 21-ci əsrdə bu bölgədən təxminən 45 tropik tufan və qasırğa keçə bilər. Bu göstərici keçmiş minilliklərdə müşahidə olunan təbii dəyişkənlik səviyyəsindən xeyli yüksəkdir. Bu tapıntılar iqlim dəyişikliyinin fəsadlarını daha yaxşı anlamaq və fırtına risklərinə qarşı tədbirlər görmək baxımından vacibdir. Tədqiqatçılar gələcək araşdırmaların siklonların intensivliyi və trayektoriyası üzərində də fokuslanmasının vacib olduğunu vurğulayırlar.

Araşdırma Böyük Mavi Dəliyin təkcə bir sualtı möcüzə olmadığını, həm də iqlim tarixi haqqında dəyərli məlumatlar saxlayan nadir ekosistemlərdən biri olduğunu sübut edir.

azertag.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi