AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər

05.04.2025 / Maraqlı məlumatlar

Alimlər mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər. Purkinje hüceyrələri beyincikdə yerləşən böyük neyronlardır və hərəkətlərin koordinasiyası, tarazlıq və motor öyrənməyə cavabdehdir. Onlar geniş dendritik strukturları ilə məlumat emal edir və beyincikdən çıxan əsas siqnal yolu rolunu oynayır. Bu hüceyrələrin zədələnməsi hərəkət pozğunluqlarına və neyroloji xəstəliklərə səbəb ola bilər. MikroRNT (miRNT) – hüceyrədə gen ifadəsini tənzimləyən kiçik, tək zəncirli RNT molekullarıdır. Onlar zülal istehsalına nəzarət edərək müəyyən genlərin aktivliyini artırır və ya azaldır. MikroRNT-lər beyin inkişafı, hüceyrə böyüməsi, yaşlanma və xəstəliklərdə mühüm rol oynayır.

“MedicalXpress” xəbər verir ki, “Scripps Research” alimləri mikroRNT-lərin beyincikdə nadir neyron növü olan Purkinje hüceyrələrinin inkişafına təsirini aşkarlayıblar. “Neuron” jurnalında dərc olunan araşdırma bu hüceyrələrin neyroinkişaf pozğunluqları, yaşlanma və beyin plastiklik proseslərindəki roluna işıq salır.

Tədqiqatçılar mikroRNT-lərin Purkinje hüceyrələrinin formalaşması və sinaptik əlaqələr qurması üçün kritik olduğunu müəyyənləşdiriblər. Xüsusilə, doğuşdan sonrakı ilk həftələrdə mikroRNT-lərin inhibə edilməsi hüceyrələrin daha zəif inkişaf etməsinə, üçüncü həftədə isə sinaptik əlaqələrin qurulmasının qarşısının alınmasına səbəb olub.

Bundan əlavə, alimlər “miR-206” və “miR-133” adlı mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafında mühüm rol oynadığını və onların Shank3, Prag1, Vash1 və En2 kimi genləri hədəf aldığını müəyyənləşdiriblər. Bu genlərdən bəziləri daha əvvəl neyroinkişaf pozğunluqları ilə əlaqələndirilib. Araşdırma mikroRNT-lərin beyində xüsusi neyron növlərinin inkişafını necə idarə etdiyini anlamağa imkan verən yeni alətlərin hazırlanmasını da əhatə edir.

Alimlər gələcəkdə bu alətlərdən mikroRNT-lərin inkişaf, sinir plastiklik və qocalmadakı rolunu daha dərindən öyrənmək üçün istifadə etməyi planlaşdırırlar.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi