AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqatçılar yaşlanmanın sümük hüceyrələrinin funksiyasına təsirini öyrəniblər

06.04.2025 / Maraqlı məlumatlar

Yeni tapıntılar osteoporoz və yaşa bağlı sümük itkisi ilə mübarizədə ümidverici perspektivlər vəd edir.

“MedicalXpress” xəbər verir ki, osteositlər – sümüklərin əsas tənzimləyici hüceyrələri – yaşlandıqca struktur və funksional dəyişikliklərə məruz qalaraq sümük sağlamlığının pozulmasına səbəb ola bilər. Austin Texas Universitetinin rəhbərlik etdiyi və Mayo Clinic ilə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilən yeni tədqiqat osteositlərdə yaşla bağlı baş verən dəyişiklikləri araşdıraraq sümük toxumasının zəifləməsinin əsas səbəblərindən birini üzə çıxarıb.

Tədqiqat göstərir ki, yaşlanma və xroniki stress osteositlərdə hüceyrə qocalmasına – hüceyrələrin bölünməyi dayandırdığı, lakin hələ də aktiv olduğu vəziyyətə – səbəb olur. Bu proses nəticəsində hüceyrələrdə sitoskeletal sərtləşmə və plazma membranının özlülük qabiliyyətində dəyişikliklər baş verir. Bu dəyişikliklər onların mexaniki siqnallara cavab vermə qabiliyyətini zəiflədir və nəticədə sağlam sümük toxumasının yenidən qurulması pozulur.

Tədqiqatın baş müəllifi, Texas Universitetinin Cockrell Mühəndislik Məktəbinin dosenti Maryam Tilton bu prosesi belə izah edir: “Sitoskeletonu binanın içindəki iskele kimi təsəvvür edin. Bu iskele sərtləşdikdə və elastikliyini itirdikdə bina xarici təsirlərə uyğunlaşa bilmir və struktur problemləri yaranır. Eynilə, bərkimiş osteositlər də sümüklərin yenidən formalaşmasını effektiv şəkildə tənzimləyə bilmir”.

Yaşlı hüceyrələrin daha bir təhlükəsi isə onların ifraz etdiyi zəhərli molekullarla – qocalma ilə əlaqəli ifrazat fenotipi (SASP) – ətrafdakı toxumalarda iltihab və zədələnmələr yaratmaq qabiliyyətində olmasıdır. Bu molekullar bir çox xroniki xəstəliklərlə, o cümlədən xərçənglə əlaqələndirilir. İndiyə qədər qocalma hüceyrələrinin aşkarlanması əsasən genetik markerlər üzərindən aparılıb. Lakin bu yanaşma hüceyrə tipləri arasında dəyişkənlik səbəbindən çətinliklər yaradır. Tilton və onun komandası isə bu problemi fərqli bir prizmadan – hüceyrə mexanikası baxımından araşdırır. Onların məqsədi genetik və mexaniki yanaşmaları birləşdirərək, daha təsirli müalicə üsulları inkişaf etdirməkdir. Tədqiqatçılar qeyd edir ki, fizioterapiya sərtləşmiş oynaqların hərəkətliliyini bərpa etdiyi kimi, mexaniki siqnallar da qocalmış hüceyrələrin funksional vəziyyətini yaxşılaşdıra və ya onların seçici şəkildə aradan qaldırılmasına kömək edə bilər. Gələcəkdə biomexaniki markerlər yalnız bu hüceyrələrin identifikasiyasında deyil, həm də onları hədəf alaraq aradan qaldırmaqda hazırki dərman əsaslı senolitik yanaşmaları tamamlayacaq və ya onlara alternativ ola biləcək üsulların inkişafında mühüm rol oynaya bilər.

Bu tədqiqat sümüklərin yaşlanmasının arxasında duran mexanizmləri daha dərindən anlamağa imkan verərək xüsusilə 50 yaşdan yuxarı milyonlarla insanı təsir edən osteoporoz və digər sümük xəstəliklərinin müalicəsi üçün yeni yollar aça bilər. Komanda gələcəkdə müxtəlif stress amillərinin osteositlərə təsirini və potensial terapevtik müdaxilələri daha geniş miqyasda araşdırmağı planlaşdırır.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi