AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-dan yenilik: Lüğətlər süni intellektin köməyi ilə hazırlanacaq

07.04.2025 / Maraqlı məlumatlar

Hazırkı dövrdə süni intellekt bir çox  insanların zəka səviyyəsini üstələyib. Artıq izahlı, orfoqrafiq lüğətlərin də süni intellektlə hazırlanması ilə bağlı fikirlər  mövcuddur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bildirib ki,  Türkdilli ölkələrdən ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur. Onun sözlərinə görə, AMEA Prezidenti akademik İsa Həbibbəyli institutlararası əməkdaşlıq təşəbbüsünü müsbət dəyərləndirib:

O bildirib ki, idarəetmə Sistemləri və Dilçilik institutlarının birgə qrupu süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətlə işləyir. Onun sözlərinə görə, iş bu templə davam edərsə, lüğət ilin sonuna qədər nəşr olunacaq.

Bu barədə Crossmedia.az-a danışan professor Qulu Məhərrəmli bildirib ki,  son zamanlarda buraxılan lüğətlərdən ciddi narazılıqlar var:

"Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırda ən problemli məsələlərimizdəndir. Son illərdə çap olunan lüğətlərdən ciddi narazılıqlar var. Hesab edirəm ki, bu narazılıqlar əsaslıdır. Orfoqrafiya lüğətinin hazırlanmasında süni intellektin tətbiqi, ondan istifadə edilməsi müsbət hadisədir. Biz bu lüğəti əvvəllər kartotekalar vasitəsilə hazırlayırdıq, daha sonra internet texnologiyalarından istifadə etdik və indi isə süni intellektin cəlb olunması prosesin təkamülüdür. Lakin bütün hallarda orfoqrafiya lüğətinin əsas məqsəd və funksiyasını düzgün anlamalıyıq".

Professor orfoqrafiya lüğətinin əsas iş prinsipini belə izah edib:

"Orfoqrafiya lüğəti sözlərin düzgün yazılışını əks etdirir. Son dövrlərdə yeni bir tendensiya qabarıq şəkildə özünü göstərir: lüğətə daha çox söz daxil etmək meyli".

Professor qeyd edir ki, lüğətə çox söz daxil etmək onun çəkisini artırmır. Burada əsas məqsəd sözlərin düzgün yazılışının göstərilməsidir.

"Bir çox sözlər var ki, onların düzgün yazılışını anlamaq üçün bizə 50 və ya 100 nümunə lazım deyil. Məsələn, biz deyirik ki, birmərtəbəli ev. Aydındır ki, bu söz bitişik yazılır".

Q. Məhərrəmlinin sözlərinə görə, 2013-cü ildə nəşr olunmuş lüğətə təxminən 30.000-40.000 gərəksiz söz daxil edilmişdi. Sonradan bu sözlər təmizlənib və bununla bağlı Tərcümə Mərkəzi və bir çox alimlər ciddi araşdırmalar aparıblar. O həmçinin qeyd edib ki, həmin gərəksiz sözlərin lüğətdən çıxarılması olduqca vacib idi:

"Burada əsas məqsəd keyfiyyətli bir lüğət hazırlamaqdır. Ümid edirik ki, Dilçilik İnstitutu bu dəfə lüğəti əvvəlkilərdən fərqli olaraq daha mötəbər şəkildə ictimaiyyətə təqdim edəcək".

crossmedia.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi