AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft öz süni zəka modelləri üzərində çalışdığını təsdiqləyib

08.04.2025 / Maraqlı məlumatlar
Süni zəka sistemlərinin yaradıcısı OpenAI ilə əməkdaşlıq etməsinə və ona 13.75 milyard dollar investisiya yatırmasına baxmayaraq, Microsoft şirkəti öz süni zəka modellərini yaratmaqla məşğuldur. Bunu Microsoft AI-nin baş direktoru Mustafa Suleyman təsdiqləyib. O bildirib ki, şirkət qabaqcıl süni zəka modelləri yaratmağa can atmır və bu yanaşmanın müsbət tərəflərini vurğulayıb. Microsoft AI rəhbəri qeyd edib ki, uzunmüddətli perspektivdə şirkətin müstəqil şəkildə süni zəka sahəsində fəaliyyət göstərə bilməsi “tamamilə həyati əhəmiyyət daşıyır”. Bununla belə, ən azı 2030-cu ilə qədər Microsoft OpenAI ilə sıx əməkdaşlığını davam etdirəcək.
O, həmçinin vurğulayıb ki, şirkət inqilabi modellər yaratmaq üçün xüsusi səy göstərmir. “Bizim süni zəka sahəsində inanılmaz dərəcədə güclü inkişaf komandamız, nəhəng hesablama resurslarımız var və bizim üçün ən vacib məsələ bu resursları dünyanın ən qabaqcıl modelini ilk olaraq yaratmağa sərf etməməkdir. Bu, olduqca, olduqca baha başa gəlir və bu səyləri təkrarlamağa ehtiyac yoxdur” - deyə Suleyman bildirib. O qeyd edib ki, süni zəka modellərini qabaqcıl həllərdən 4 və ya 6 ay gecikmə ilə yaratmağın üstünlükləri var. “Əslində bu bizim strategiyamızdır - bu modellərin kapitallaşma baxımından yüksək tələblərini nəzərə alaraq, ikinci sırada çox güclü şəkildə oynamaq” - deyə Microsoft AI rəhbəri bildirib.
Son zamanlar Microsoft və OpenAI arasında əvvəllər mövcud olan sıx tərəfdaşlıq münasibətlərində çatlar yaranıb. Bu, OpenAI-nin ABŞ ərazisində məlumat mərkəzləri inşa etməyi nəzərdə tutan və dəyəri 500 milyard dollar olan Stargate layihəsini elan etməsindən sonra baş verib. Bu layihədə OpenAI-nin tərəfdaşı isə rəqib bulud provayderi Oracle olub. Nəticədə Microsoft OpenAI üçün bulud hesablama xidmətlərinin eksklüziv təchizatçısı statusunu itirməklə yanaşı, şirkətin əsas investoru olmaq mövqeyini də əldən verib. Son maliyyələşdirmə raunduna SoftBank rəhbərlik edib və bu mərhələdə OpenAI 40 milyard dollar vəsait toplayıb.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi