AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlərdən gözlərlə bağlı yeni kəşf: Gecə korluğunun müalicəsində inqilab yarada bilər

08.04.2025 / Maraqlı məlumatlar

Polşa Elmlər Akademiyasının alimləri insanın görməsində əsas rol oynayan RBP3 zülalının strukturunu təsvir ediblər.

Alimlər aşkar ediblər ki, bu zülal A vitaminini gözün torlu qişasına çatdırmaqla yanaşı, həm də şəraitdən asılı olaraq onun formasını dəyişir və bu da onu göz xəstəliklərinin müalicəsi üçün potensial hədəfə çevirir.

Araşdırmanın nəticələri "Open Biology" jurnalında dərc olunub.

RBP3 torlu qişanın hüceyrələrarası hissəsində yerləşən qlikoproteindir. O, görmə dövriyyəsində iştirak edir və A vitamininin törəmələri olan retinoidləri işığın elektrik siqnalına çevrildiyi fotoreseptorlara çatdırır. Zülalın elmə çoxdan məlum olmasına baxmayaraq, onun dəqiq strukturu və təsir mexanizmləri qeyri-müəyyən olaraq qalırdı.

Alimlər RBP3-ü yüksək dəqiqliklə nəzərdən keçirmək üçün kiçikbucaqlı rentgen səpələnməsi də daxil olmaqla, qabaqcıl struktur analiz metodlarından istifadə ediblər. Məlum olub ki, zülal hansı retinoidlə bağlanmasından asılı olaraq, yığcamdan tutmuş uzanmış hala qədər müxtəlif formalar ala bilir. Bu plastiklik onun torlu qişa daxilində molekulların ötürülməsində dinamik rolunu göstərir.

Tədqiqatçıların sözlərinə görə, bu kəşf fotoreseptorların funksiyasının pozulduğu, proqressivləşən və sağalmaz xəstəlik olan piqmentli retinitin (gecə korluğu) müalicəsində inqilab yarada bilər. RBP3 funksiyasındakı pozulmalar əvvəllər də bu patologiyanın inkişafı ilə əlaqələndirilirdi, lakin onun strukturu haqqında yeni məlumatlar torlu qişanın degenerasiyasını yavaşlada və ya dayandıra bilən üsulların yaradılması üçün imkanlar açır.

Alimlər, həmçinin qeyd ediblər ki, RBP3 səviyyəsinin azalması korluğa gətirib çıxara biləcək daha bir yayılmış xəstəliyin - diabetik retinopatiyanın proqressivləşməsi ilə bağlıdır. Bu zülalın fəaliyyətinin stabilləşməsi, ilkin məlumatlara görə, torlu qişanın hüceyrələrinə qoruyucu təsir göstərir.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi