AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Media sənayesi süni zəka üçün kontent oğurluğunun dayandırılmasını tələb edir

09.04.2025 / Maraqlı məlumatlar
The Verge xəbər verir ki, The New York Times, The Washington Post və The Guardian da daxil olmaqla yüzlərlə media şirkəti, süni zəkanın nəzarətsiz istifadəsindən kontenti qorumaq üçün ABŞ hökumətinə çağırış edən reklam kampaniyasına start veriblər. “Support Responsible AI” (Məsuliyyətli süni zəkanı dəstəkləyin) adlı bu təşəbbüs News/Media Alliance assosiasiyası tərəfindən təşkil olunub və həm çap, həm də onlayn nəşrlərdə elanlarla müşayiət olunur. Kampaniya, OpenAI və Google-un süni zəka modellərinin müəllif hüquqları ilə qorunan materiallar əsasında öyrədilməsinə icazə verilməsi üçün hökumətə müraciət etdikləri məktublardan bir neçə həftə sonra başlayıb.
Reklamlarda belə şüarlardan istifadə olunur: “Süni zəkaya nəzarət edin”, “Süni zəka oğurluğunu dayandırın”, “Süni zəka sizdən də oğurlayır” - və bütün bu mesajların sonunda belə bir çağırış yer alır: “Oğurluq amerikalılara yaraşmaz. Vaşinqtona deyin ki, texnologiya nəhəngləri nəşriyyatlardan aldıqları kontentə görə ödəniş etsinlər”. “Hazırda böyük texnologiya şirkətləri və süni zəka şirkətləri nəşriyyatların kontentlərini onların özlərinə qarşı istifadə edirlər - yəni bu kontenti icazə və ödəniş olmadan götürürlər və süni zəka modellərini öyrətmək üçün istifadə edirlər. Nəticədə isə bu modellər yaradıcıların reklam gəlirlərini tamamilə öz üzərlərinə çəkirlər” - deyə News/Media Alliance təşkilatının prezidenti və baş direktoru Danielle Coffey bildirib.
   
“O vurğulayıb ki, media sənayesi süni zəkaya qarşı deyil - bir çox şirkət bu alətlərdən özü də istifadə edir. Amma biz məsuliyyətli şəkildə inkişaf edən, balanslı bir ekosistem istəyirik”. Fevral ayında oxşar bir kampaniyanı böyük Britaniya qəzetləri keçirmişdi - qəzetlərin birinci səhifələrində “Make It Fair” (Ədalətli edin) şüarı yer almış və süni zəka modellərinin öyrədilməsində müəllif hüquqlarının qorunmasına çağırış edilmişdi.
Bugünkü təşəbbüsə qoşulanlar arasında The Atlantic, Seattle Times, Tampa Bay Times, Conde Nast (Wired jurnalının nəşriyyatçısı) və Axel Springer (Politico-nun sahibi) də var. Aydındır ki, media şirkətləri ilə texnologiya nəhəngləri arasında qarşıdurma getdikcə kəskinləşir. OpenAI və Google ABŞ hökumətindən süni zəkanın öyrədilməsi üçün məlumatlara sərbəst çıxış əldə etməyə çalışdığı halda, nəşriyyatlar bu materialların istifadəsi üçün qanuni tənzimləmə və ödənişlərin tətbiq olunmasında israr edirlər. Neyron şəbəkələr dövründə bu mübarizənin nəticəsi rəqəmsal kontentin gələcəyini müəyyən edə bilər.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi