AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Saturnun peyki Titanda mikroblar mövcud ola bilər

09.04.2025 / Maraqlı məlumatlar
Alimlərin fikrincə, Saturnun peyki olan Titanın üzərində inkişaf etmiş biosfer mövcud ola bilər, çünki orada xüsusilə metandan ibarət qlobal üzvi maddələr okeanı mövcuddur. Bu ehtimalın yoxlanması NASA-nın 2030-cu illərə planlaşdırılan və robotlaşdırılmış vertolyotdan istifadə ediləcək missiyası zamanı nəzərdə tutulur. Lakin beynəlxalq alimlər qrupunun yeni araşdırması Titanın bioloji həyatı dəstəkləmək qabiliyyətinin çox şişirdildiyini göstərib. Problemin yeni aspektdən araşdırılmasına Arizona Universiteti və Harvard Universitetinin komandası qərar verib. Planetary Science Journal jurnalında dərc olunan məqalənin müəllifləri izah edirlər: “Tədqiqatımızda biz Titanı digər buzlu peyklərlə müqayisədə unikallaşdıran əsas cəhətə - onun zəngin üzvi tərkibinə - diqqət yetirdik”.
Alimlər peykdə mövcud olan üzvi maddələrin sadə həyat formaları tərəfindən istifadə olunma potensialını qiymətləndirmək üçün bioenergetik modelləşdirmədən istifadə ediblər. “Belə bir təəssürat yaranırdı ki, Titan üzərində bu qədər çox üzvi maddə olduğuna görə, həyatı dəstəkləyə biləcək qida mənbələri kifayət qədərdir” - deyə tədqiqatçılar bildirirlər. “Biz isə diqqəti bu məqama yönəldirik ki, bütün üzvi molekullar qida mənbəyi ola bilməz. Okean, həqiqətən, böyükdür, lakin üzvi maddələrin toplandığı səthlə bu okean arasında maddə mübadiləsi məhduddur. Buna görə də biz daha ehtiyatlı və ölçülmüş yanaşmanın tərəfdarıyıq”. Alimlərin təklif etdiyi yanaşmanın əsasını Titan üzərində bioloji həyatın yaranması üçün ilkin şərtlərin bərpasına cəhd təşkil edir.
Belə şərtlərdən biri fermentasiya hesab olunur. Fermentasiya xüsusilə oksidləşdirici maddə - məsələn, oksigen - mövcud olduqda daha aktiv gedir, bu da Yer kürəsinin daha sonrakı inkişaf mərhələlərində müşahidə olunmuşdu. Lakin bioloji orqanizmlərin inkişafında mühüm rol oynayan fermentasiya oksigensiz də baş verə bilər. Bu növ fermentasiya kosmosun bir çox guşəsində müşahidə olunur - bu, ən sadə amin turşu olan qlisinin iştirakı ilə baş verən reaksiyadır. Bu baxımdan, mikrob koloniyaları ən sərt şəraitdə belə qidalanmaq qabiliyyətində ola bilərdi - yəni əvvəlki nəsillərdən qalan üzvi maddələr qlisin iştirakı ilə parçalanaraq yeni orqanizmlərin qidalanması üçün yararlı birləmələrə çevrilə bilərdi.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi