AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır

10.04.2025 / Maraqlı məlumatlar
Avropa Birliyi rəsmiləri yerli süni zəka sektorunu təşviq etmək və onu ABŞ və Çinlə sərt rəqabət şəraitində gücləndirmək məqsədilə bir plan təqdim ediblər. Bu addım, regionda süni zəka ilə bağlı mövcud qaydaları tənqid edən yerli inkişaf etdiricilərin çıxışlarından sonra atılıb. Avropa Komissiyası tərəfindən dərc olunmuş sənəddə “Süni Zəka Qitəsi üzrə Fəaliyyət Planı”ndan (AI Continent Action Plan) bəhs olunur. Bu planın məqsədi Avropanın güclü ənənəvi sənaye sahələrini və istedadlı insan resurslarını innovasiya və süni zəkanın sürətləndirilməsi üçün güclü hərəkətverici qüvvəyə çevirməkdir.
Region rəhbərləri xüsusilə yerli süni zəka layihələrinə dəstək vermək, süni zəka üçün avadanlıq istehsalı üzrə şəbəkə yaratmaq, "giqafabriklər" inşa etmək və süni zəkanın öyrədilməsi üçün startapların yüksək keyfiyyətli məlumat bazalarına çıxışını asanlaşdıracaq ixtisaslaşmış laboratoriyalar açmaq niyyətindədirlər. Avropa rəsmiləri bu “fabrikləri” süni zəka modellərinin hazırlanması və öyrədilməsi üçün qabaqcıl avadanlıqlarla təchiz edilmiş böyük obyektlər kimi təsvir edirlər. Həmçinin "Süni Zəka Qanunu" çərçivəsində yerli şirkətlərin tələblərə əməl etməsinə kömək edəcək və hüquqi nəzarəti həyata keçirəcək ayrıca bir xidmət də yaradılacaq.
Oxşar niyyətlərini daha əvvəl Böyük Britaniya hökuməti də açıqlamışdı. Avropa rəsmiləri regionun süni zəka bazarındakı mövqeyini gücləndirmə planlarından danışdıqları bir vaxtda, dünya texnologiya liderləri bildirirlər ki, Avropa qanunvericiliyi - süni zəkadan tutmuş vergi məsələlərinə qədər - innovasiyalara mane olur və yerli startapların fəaliyyətini çətinləşdirir. “Süni Zəka Qanunu” texnologiyanın cəmiyyət üçün yaratdığı risklərə əsaslanaraq süni zəkanın tətbiqini tənzimləyir. Sənəd, OpenAI və fransız startapı Mistral kimi “əsas model” tərtibatçılarına də şamil oluna biləcək şəkildə uyğunlaşdırılıb.
 
Bu qanun ABŞ rəsmiləri tərəfindən də tənqid olunub - onlar hesab edirlər ki, Avropa rəhbərliyi həm ABŞ texnologiya şirkətləri, həm də yerli startaplarla düzgün qarşılıqlı fəaliyyət mexanizmləri seçməyib. Bu baxımdan, yeni təşəbbüs tənzimləyici yükün azaldılmasını və innovasiyalar üçün maneələrin yumşaldılmasını nəzərdə tuta bilər - bunu CNBC-yə danışan ekspertlər qeyd edirlər. Əgər layihə Avropa “Süni Zəka Qanunu”nun şərhi ilə bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmağa kömək edərsə, bu təşəbbüs təkcə yerli süni zəka sistemlərinin tərtibatçıları və istifadəçiləri üçün deyil, həm də ABŞ və Böyük Britaniya şirkətləri üçün stimula çevrilə bilər. Çünki sənədin təsiri, mənşəyindən asılı olmayaraq, Avropa regionunda fəaliyyət göstərən bütün süni zəka sistemlərinə şamil edilir.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi