AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni hesabat: Kosmosa atılan tullantılar kosmik tədqiqatlar üçün təhlükə mənbəyidir

10.04.2025 / Maraqlı məlumatlar

Avropa Kosmik Agentliyi (ESA) kosmos mühitinin vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb.

ESA-nın xəbər verir ki, bu həyəcanverici hesabatda orbitdəki dağıntıların miqdarının artmaqda davam etdiyi, bunun da aktiv peyklər və gələcək kosmik missiyalar üçün riskləri artırdığı bildirilir.

1957-ci ildə kosmik əsrin başlanğıcından bəri orbitdəki obyektlərin sayı durmadan artır. ESA-ya görə, hazırda peyklər, raket qalıqları və dağıntılar daxil olmaqla 39 mindən çox obyekt Yerin orbitindədir. Ancaq bu, aysberqin yalnız görünən hissəsidir: köhnə peyklər, habelə raket qalıqları ilə toqquşmalar və partlayışlar xüsusi təhlükə yaradır. Təkcə 2024-cü ildə bir neçə böyük insident minlərlə yeni fraqment yaradıb. Məsələn, həmin il bir neçə mühüm parçalanma hadisəsi baş verib: avqustun 6-da Yerin aşağı orbitində 6000 kiloqram ağırlığında raket qalığı 663 fraqment yaradıb və bunun səbəbi “sürüşmə problemləri” olaraq təyin edilib. Oktyabrın 19-da geostasionar orbitdə çəkisi 2946 kiloqram olan peyk arxasında 1104 izlənilə bilən tullantı buraxıb.

Hesabatda deyilir: “Bu təhlükəlidir, çünki həmişə toqquşma riski var – hətta kiçik bir fraqment belə peyki sıradan çıxara bilər və Kessler effekti kimi tanınan bu cür toqquşmaların zəncirvarı reaksiyası aşağı Yer orbitini yararsız hala sala bilər. Bundan əlavə, artan tullantı həcmi yeni buraxılışları çətinləşdirir və kosmik gəmilərin qorunması xərclərini artırır”.

Problemi həll etmək üçün ESA və digər kosmik agentliklər dağıntıları azaltmaq üzrə tədbirlər həyata keçirir. ESA-nın yeni standartlarına əsasən, peyklər əvvəlki 25 illik limitdən aşağı, öz missiyalarını başa vurduqdan sonra beş il ərzində orbiti tərk etməlidir. Getdikcə daha çox raket qalıqları və peyklər orbitdən çıxarılır. 2024-cü ildə ilk dəfə olaraq dağıntıların orbitdən aktiv şəkildə çıxarılması üçün yeni texnologiyalar hazırlanıb. Vəziyyət düzəlməzsə, yeni buraxılışlar olmadan da tullantıların miqdarı artmağa davam edəcək. ESA-nın modelləri növbəti 100 il ərzində 800-ə qədər fəlakətli toqquşmanın ola biləcəyini proqnozlaşdırır.

Hesabatın sonunda deyilir: “Hətta orbitə başqa buraxılışlar olmasa belə, artıq mövcud olan kosmik tullantı obyektləri arasında toqquşmaların Yerin aşağı orbitində onların sayının daha da artmasına səbəb olacağı gözlənilir”.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi